Meteoroloqlardan xəbərdarlıq: Yandırıcı istilər gözlənilir
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Meteoroloqlar şiddətli istilərin olması ilə bağlı xəbərdarlıq edib. Bildirilir ki, bu yay uzunmüddətli isti dalğaları və rekord temperatur gözlənilir.
Ölkə.az “Meteo Balkans”a istinadən xəbər verir ki, ən ağır vəziyyət Mərkəzi, Cənubi və Şərqi Avropa üçün proqnozlaşdırılır, burada temperatur iqlim normasını əhəmiyyətli dərəcədə aşa bilər. Bəzi bölgələrdə onlar rekord həddə, 40 dərəcədən yuxarı qalxacağı gözlənilir. Bu da Avropa üçün çox yüksək tempratur hesab olunur.
“Atmospheric G2”nin məlumatlarına görə, Yaponiyada orta temperatur normadan 1,5 dərəcə, Cənubi Koreyada və Çinin əhəmiyyətli bir hissəsində isə 0,5-1 dərəcə yüksək ola bilər.
Mütəxəssislər hesab edirlər ki, anomal istilər, ilk növbədə kondisioner sistemlərinə artan yük səbəbindən enerji istehlakının artmasına səbəb olacaq.
"Xüsusi səviyyə, ilk növbədə, temperatur şəraitindən asılıdır. Buna görə də, yayda tələbat yaza nisbətən (mövsümlərarası dövrdə) daha yüksək olacaq. Hazırda təklif məhdudlaşdırıcı amildir - qlobal bazar Yaxın Şərqdəki münaqişə səbəbindən ixrac həcminin təxminən 10%-ni itirib", - Milli Enerji İnstitutunun baş direktorunun müavini Aleksandr Frolov qeyd edib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 27 May 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















