Metinvest in bəzi işçiləri aylardır maaşlarını ala bilmirlər
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Sumqayıtda bir qrup əməkdaş çalışdıqları "Metinvest" MMC rəhbərliyindən narazıdır. Onların iddiasına görə, artıq 4 aya yaxındır əməkhaqları ödənilmir və bu səbəbdən işçilər ciddi maddi sıxıntı ilə üz-üzə qalıblar.
"Unikal" Xəzər Tv-yə istinadən xəbər verir ki, əməkdaşlar məsələ ilə bağlı dəfələrlə şirkət rəhbərliyinə müraciət etdiklərini bildirsələr də, indiyədək problemin həlli istiqamətində heç bir real addım atılmadığını deyirlər.
Şikayətçilərin sözlərinə görə, bir aydan çoxdur ki, öz xahişləri ilə işdən çıxmaq üçün ərizələr təqdim ediblər, lakin ərizələr təsdiqlənmir. Bildirilir ki, şirkət rəhbərliyi əməkhaqqı və son haqq-hesab ödənilmədiyi üçün işdən çıxış prosesini rəsmiləşdirmir. İşçilər bu səbəbdən nə gecikdirilmiş maaşlarını ala bilir, nə də başqa iş yerlərində rəsmi şəkildə işləyə bilirlər.
Məsələ ilə bağlı sözügedən şirkətin rəsmisi kimi təqdim edən Murad adlı şəxs bildirdi ki, 10 gündən az müddətə işçilərin maaşı ödəniləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 15 May 2026 08:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















