Icma.az
close
up
RU
Mətləb Bağırovun məhkəməsi keçirildi

Mətləb Bağırovun məhkəməsi keçirildi

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

"SalamNews” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmədovanın sədrliyi ilə Cinayət Məcəlsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və digər maddələri ilə təqsirləndirilən şəxs Bağırov Mətləb Mirzəmməd oğlunun növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmənin gedişində Mətləb Bağırovun xarici ölkələrdən cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməsində kuryer qismində iştirak edən Türkiyə Respublikası vətəndaşı Kefsiz Hüseyin Abdulqani oğlu dindirilib. O, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək Mətləb Bağırovu şəxsən tanımasa da, xarici ölkədə fəaliyyət göstərən Nedim Kaya adlı tanışının xahişi ilə Mətləb Bağırova üçüncü ölkələrdən tanımadığı şəxslər tərəfindən göndərilən külli miqdarda pul vəsaitlərini 2022-2023-cü illər ərzində hissə-hissə olmaqla onun Bakı şəhərində olan nümayəndələri Fərid, Ramiq və adlarını xatırlamadığı digər şəxslərə şəxsən verdiyini, sonuncu dəfə 2023-cü ilin yanvar ayında xaricdən Mətləb Bağırov üçün göndərilən 50.000 ABŞ dolları məbləğində pul vəsaitini Nərimanov rayonu ərazisində sonuncunun nümayəndəsi Fərid adlı şəxsə hissə-hissə verdiyini bildirib.
Dövlət ittihamçısının "əgər, həmin pul qanunsuz deyildisə, niyə Bakıda kiməsə çatdırmaq üçün sizə verirdilər, həmin adam özü çatdıra bilməzdimi?" sualına cavab olaraq şahid deyib ki, pulu xarici ölkədən göndərən şəxsi uzun müddətdir tanıyır və onun dostudur. Şahid qeyd edib ki, dostunun niyə pulu çatdırmaq üçün onu seçdiyini bilməyib.
Məhkəmənin növbəti iclası dekabrın 2-nə təyin olunub.

Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Mətləb Bağırov ötən il yanvarın 30-da həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb.
Ona Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və 213 (vergidən yayınma) və digər maddələri ilə ittiham irəli sürülüb.Report

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Noyabr 2024 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see450

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see338

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see256

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see247

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see237

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see230

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see218

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see204

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see197

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see191

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see187

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see160

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see160

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri