Metro keçidlərindəki ticarət köşkləri yenidən bərpa olunacaq? RƏSMİ CAVAB
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Bir neçə il bundan qabaq Bakıda metro stansiyaların keçidlərində fəaliyyət göstərən ticarət köşklər həm də sərnişinlər üçün geyim, aksesuar və müxtəlif gündəlik əşyaların satış məkanı idi.
BAKU.WS-in məlumatına görə, bu ticarət nöqtələri həm insanların yolüstü alış-verişini asanlaşdırır, həm də "Bakı Metropoliteni"nin balansına əlavə gəlir qazandıraraq onun maliyyə imkanlarını genişləndirirdi.
Hazırda bəhs etiyimiz köşklər fəaliyyət göstərmir və keçidlər yalnız piyada hərəkəti istifadə olunur.
Bəs, metro keçidlərində köçklərin yenidən bərpası mümkün ola bilərmi?
Məsələ ilə bağlı BAKU.WS-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, metro stansiyaların keçidlərində ticarət köşklərinin bərpası ilə bağlı məsələ hazırda müzakirə olunmur:
"Bununla bağlı hər hansı bir yenilik olduğu təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək".
Orxan Hüseyn
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 09 Sentyabr 2025 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















