Icma.az
close
up
RU
Metro, küçə və prospektlərə hansı adlar verilməlidir? “Onlar vətən xaini olub!” KONKRET

Metro, küçə və prospektlərə hansı adlar verilməlidir? “Onlar vətən xaini olub!” KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adlar veriləcək. Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirıər Planı”nda əksini tapıb. 

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, ilkin olaraq Azərbaycanı Rusiya əsarətinə bağalayan bütün adlar yığışdırılmalıdır:

“Metro, küçə və stansiyalara alternativ adlar Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş siyasi xadimlərin, o cümlədən Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və digərlərinin adları olmalıdır. Azərbaycanı rus imperializminə, Rusiya əsarətinə bağlayan, həmin dövrdə fəaliyyət göstərmiş şəxslərin adları isə ümumiyyətlə hər yerdən yığışdırılmalıdır. Sosialist Əməyi Qəhrəmanı və bu kimi titulları da.

Azərbaycan tarixində önəmli rol oynamış tarixi şəxsiyyətlərdən Nadir şah Əfşarın, Ağa Məhəmməd şah Qacarın adına heç bir küçə, metro yoxdur. Niyə onların adları əbədiləşdirilməsin?! Eyni zamanda, yaxın dövrdə Azərbaycanın tanınmış simaları, o cümlədən Lütfi Zadə kimi elm sahəsinə öz töhfəsini vermiş bir şəxsin də adına hansısa metrostansiya olsa yaxşı olar”.

Ağ Partiyanın sədri Tural Abbaslı qeyd edib ki, Qarabağ müharibəsində şəhid olmuş şəxslərin adları küçə, metro və prospektlərə verilib əbədiləşdirilməlidir:

“Bu məsələ xeyli zaman mübahisə predmeti olub. Azərbaycan uzun müddət çar Rusiyası və SSRİ-nin işğalında qalıb. Bu işğalı, müstəmləkəçiliyi özündə ehtiva edən bütün adlar, simvollar birmənalı olaraq dəyişdirilməlidir.

AMEA-nın üzərindəki 5 güşəli qızıl ulduzu sökdük. Amma Ayna Sultanovanın heykəli şəhərin ən görkəmli yerində qalır. Hamı bilir ki, Ayna Sultanova da, əri Həmid Sultanov da, qardaşı Qəzənfər Musabəyov da vətən xaini olub. Bu kimi insanların adına olan hər şey dəyişdirilməlidir.

Bakıda ən böyük heykəllərdən biri Nəriman Nərimanovundur. Nəriman Nərimanov adına Bakıda hər şey var. Bunların hamısı dəyişdirilməlidir!

“Xalqlar dostluğu” stansiyasının adı niyə belə qalmalıdır? Xalqların dostluğu var ki? Bu, utopik bir şeydir. Bu, sadəcə SSRİ-nin axmaq şüarı idi. Bunların əvəzində Birinci və İkinci Qarabağ müharibələrində qəhrəmanlıq göstərmiş şəhidlərimizin adlarının verilməsi daha yaxşı olar.

Eyni zamanda, tarixi şəxsiyyətlərimizin adını da əbədiləşdirmək lazımdır. Bakıda neçə küçə Nadir şahın, şah Qacarın adınadır?! Bu adları hansısa küçəyə, metroya vermiriksə, zamanla tarixi də unudacağıq.

Ümid edirəm ki, aidiyyəti qurumlar bu sərəncama ciddi yanaşar və biz bu sovet tör-töküntüsündən xilas olarıq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Fevral 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see197

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see173

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see170

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see169

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri