Metro tarifləri DƏYİŞİR Stansiya sayına görə ödəniş? RƏSMİ CAVAB
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Hazırda Bakı Metropolitenində differensial tarif mexanizminə keçidlə bağlı təhlil və qiymətləndirmə işləri aparılır.
Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq deyilib.
Bildirilib ki, bu mərhələdə tarif differensiasiyasının zamana, yoxsa məsafəyə görə tətbiq olunacağı ilə bağlı yekun qərar qəbul edilməyib
Metropolitenin məlumatına görə, əhalinin alıcılıq qabiliyyəti, sərnişindaşımanın əlçatanlığı, eləcə də metroda daşımaların maya dəyəri nəzərə alınmaqla daha ədalətli və iqtisadi cəhətdən balanslı tarif modelinin formalaşdırılması istiqamətində analitik işlər aparılır və müvafiq təkliflər hazırlanır.
O da vurğulanıb ki, hazırda ictimai nəqliyyatda vahid tarif modeli tətbiq olunur. Təhlil mərhələsində hər hansı fiziki infrastruktur dəyişiklikləri nəzərdə tutulmur.
"Araşdırmaların nəticələrindən asılı olaraq gələcəkdə zəruri dəyişikliklərin həyata keçirilməsi mümkün ola bilər və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək", - deyə məlumatda vurğulanıb.
Banu Hüseynli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 15 Yanvar 2026 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















