Icma.az
close
up
RU
Metro və avtobus ödənişlərində YENİLİK Dərhal keçid almalıyıq

Metro və avtobus ödənişlərində YENİLİK Dərhal keçid almalıyıq

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ötən gün Bakıda metro və avtobuslarda onlayn ödənişlə bağlı yaranan problem cəmiyyətdə narahatlıqla qarşılanıb. “K Group” MMC-nin operatoru olduğu sistemdə internet bağlantısındakı nasazlıq səbəbindən təxminən 40 dəqiqə ərzində bu nəqliyyat vasitələrində ödəniş həyata keçirmək mümkün olmayıb. Hadisə bir daha göstərdi ki, şəhər infrastrukturu tam rəqəmsallaşdıqda, internetin kəsilməsi ciddi çətinliklərə yol aça bilər.

Bu cür halların təkrarlanmaması üçün hansı alternativ və ya ehtiyat sistemlər olmalıdır?

Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov deyib ki, kritik sistemlər hər zaman ehtiyat planla işləməlidir:

“Yəni ictimai nəqliyyatda istifadə edilən kart sistemləri internet olmadıqda, lokal yaddaşda işləyib ödənişləri qəbul etməli, sonradan məlumatları serverə ötürməlidir. Eləcə də, POS cihazları və digər terminallar üçün oflayn çalışma qabiliyyəti vacibdir. Digər önəmli məsələ çoxprovayderli internet bağlantısı və bölüşdürülmüş server infrastrukturudur. Əgər bir provayderdə problem yaranırsa, sistem avtomatik digər bağlantıya keçməlidir. Bu, bank sektorunda, nəqliyyatda, dövlət xidmətlərində normativ tələblər səviyyəsində tətbiq olunmalıdır”.

Elvin Həsənov

Mütəxəssis bildirib ki, bulud texnologiyaları ilə yanaşı, yerli serverlərin də paralel işləməsi vacibdir:

“Bu, həm sürət, həm də təhlükəsizlik baxımından üstünlük yaradır. Bu gün yaşanan texniki nasazlıq gələcək üçün ciddi dərs olmalıdır ki, belə halların təkrarlanmaması üçün dövlət, provayderlər və xidmət qurumları birgə şəkildə texniki və inzibati tədbirlər həyata keçirsinlər”.

Nəqliyyat eksperti İlqar Hüseynlinin sözlərinə görə, şəhərdə qısamüddətli internet kəsintisi baş verərsə, bütün elektron sistemlərin fəaliyyəti dayanacaq, ödənişlər mümkün olmayacaq:

İlqar Hüseynli

“Bu, texniki qəza kimi dəyərləndirilməlidir. Başvermə səbəbləri aradan qaldırılana qədər istər vətəndaşlar, istərsə də dövlət qurumları gözləməlidirlər”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 May 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri