“Metro və avtobuslarda gediş haqqının artırılması çox yolverilməz bir addımdır...”
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
“Amma təəssüf ki, bizim də bu məsələlərə münasibət bildirməyimizin təsir etmədiyini görürük. Və sanki Azərbaycan iqtidarının daxilində bir əl var ki, bu qiymət artımları ilə xalqı ayağa qaldırmaq istəyir..."
“Ölkədə Tarif Şurası tərəfindən ictimai nəqliyyatda, yəni əksər vətəndaşların gündəlik istifadə etdiyi metro və avtobuslarda gediş haqqının artırılması çox yolverilməz bir addımdır. Hesab edirəm ki, bu, Azərbaycan reallıqlarına uyğun deyil və ölkəmizin iqtisadi inkişafı ilə bağlı göstəricilərlə heç cür uyğunlaşmır. Hələ ki, Azərbaycanda maaş və pensiyalarda, xalqın dolanışığında o qədər irəliləyiş yoxdur ki, bu cür qiymət artımları əsaslandırıla bilsin. Və yeri gəlmişkən, büdcənin özünün də vəziyyəti xoşa gələn deyil”.
Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bu fikirləri Moderator.az-a açıqlamasında Tarif Şurası tərəfindən ictimai nəqliyyatda, yəni metro və avtobuslarda gediş haqqının artırılmasına münasibət bildirərkən ifadə edib.
“Nəqliyyatda gediş haqqının artırılması, sanki insanların dünyadan gedişinin haqqının artırılmasına bənzəyən bir şeydir. Bu artımların sonu hara gedəcək? Nə qədər qiymət artırmaq olar? Bu suallara cavab yoxdur. Və bu tamamilə yanlışdır. Amma təəssüf ki, bizim də bu məsələlərə münasibət bildirməyimizin təsir etmədiyini görürük. Və sanki Azərbaycan iqtidarının daxilində bir əl var ki, bu qiymət artımları ilə xalqı ayağa qaldırmaq istəyir. Lakin gözünə döndüyüm xalq da belə bir niyyətdə deyil və ilbəil, aybaay olan artımlarla barışır və belə də davam edir”, -deyə partiya sədri davamında vurğulayıb.
Sultan Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 30 Sentyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















