Icma.az
close
up
RU
Metroda 28 oktyabr hadisəsinin 30 cu ildönümü münasibətilə anım tədbiri keçirildi

Metroda 28 oktyabr hadisəsinin 30 cu ildönümü münasibətilə anım tədbiri keçirildi

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Bakı Metropoliteninin "Ulduz" və "Nərimanov" stansiyaları arasında 1995-ci il 28 oktyabr tarixində baş vermiş yanğın hadisəsinin 30-cu ildönümü anım tədbiri ilə qeyd edilib.

Oxu.Az xəbər verir ki, "Ulduz" stansiyasında təşkil olunan tədbirdə metropoliten rəhbərliyi və kollektivin nümayəndələri, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi və kursantları, hadisə zamanı həyatını itirənlərin valideynləri və yaxınları iştirak ediblər.

Mərasimdə hadisə qurbanlarının, eləcə də neçə-neçə insanın həyatının xilas edilməsində böyük fədakarlıq göstərən qəhrəmanlar - Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bölük komandirinin siyasi-hərbi işlər üzrə müavini, baş leytenant Çingiz Babayev, liseyin kursantları Nicat Səfərov, Ruslan İsayev və Samir Məmmədovun xatirəsini əbədiləşdirən, hadisənin təfərrüatını özündə əks etdirən yeni memorial guşə təqdim olunub.

Guşənin önünə gül dəstələri qoyulub, faciədə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, igid Vətən övladlarının əziz xatirəsi ehtiramla anılıb.

Mərasimdə "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov, C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev, hadisə zamanı qəhrəmancasına həlak olanların ailə üzvləri və hadisənin şahidi olmuş metropolitençilər çıxış edib, hərbi liseyin kursantları xüsusi hazırladıqları şeir-kompozisiyanı təqdim ediblər.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 3 noyabr, 1995-ci il tarixli Fərmanı ilə ölümlərindən sonra Çingiz Adil oğlu Babayev "Azərbaycanın Milli Qəhrəmanı" adı, kursantlar "İgidliyə görə" medalı ilə təltif olunublar.

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Oktyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see261

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see212

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see200

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see190

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see162

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see146

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see139

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Simonyan: Azərbaycan Ermənistan sərhədinin daha bir hissəsi tezliklə demarkasiya ediləcək

10 Dekabr 2025 22:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri