Metroda casus yaxalanıb
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
İranın paytaxtı Tehranda metroda şübhəli kimi saxlanılan şəxsin İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın casusu olduğu iddia olunub.
"Cebheinfo.az" xəbər verir ki, İran Dövlət Televiziyası Tehran metrosundakı hadisə ilə bağlı İran Polis İdarəsinin yaydığı açıqlamanı yayımlayıb. Açıqlamada metroda şübhəli görülən bir şəxsin saxlanıldığı bildirilib.
Həmin şəxsin üzərində hərbi və strateji əhəmiyyət daşıyan məkanların yerini göstərən bir cihazın aşkarlandığı, həmçinin bu şəxsin əldə etdiyi məlumatları naməlum nömrələrə göndərərək ivrit (ibrani) dilində göstərişlər verdiyi iddia olunub. Açıqlamada istintaqın davam etdiyi qeyd edilsə də, saxlanılan şəxsin kimliyi barədə məlumat verilməyib.
Nigar Hacılı
"Cebheinfo.az"
Baxış sayı:86
Bu xəbər 26 İyun 2025 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















