Metroda interval niyə səkkiz dəqiqəni keçib? FOTO
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün səhər saatlarında metro qatarlarının gecikdiyi bildirilib.
Globalinfo.az bildirir ki, səhər saatlarında metronun “Azadlıq Prospekti” stansiyasından “Həzi Aslanov” stansiyası istiqamətində qatarlar arasındakı interval səkkiz dəqiqəni keçib.
“Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, metroda hər hansı bir problem yaşanmayıb.
“Sərnişin axınının tənzimlənməsi məqsədilə, həmçinin gün ərzində səhər saat 08:00-09:00 aralığında “Koroğlu”, 13:00-14:00 aralığında “28 May”, “Gənclik” və “Elmlər Akademiyası”, 18:00-19:00 aralığında isə “Elmlər Akademiyası” və “28 May” stansiyalarına xəttə sərnişinsiz qatarlar verilir. Bununla yanaşı, səhər 08:00-09:00 aralığında iki qatar “yaşıl xətt”in “Memar Əcəmi” stansiyasından geri qaytarılmaqla sərnişin axınının dinamik tənzimlənməsi təmin edilir. Bu zaman “Memar Əcəmi”-“Dərnəgül” sahəsində qeyd edilən vaxt üçün “yaşıl xətt” üzrə elan edilmiş interval iki dəfə artıq olur”, – deyə B.Məmmədov bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 16 Aprel 2026 09:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















