Metroda nasazlıq yarandı, sərnişinlər qatardan düşürüldü YENİLƏNİB
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yaranmış vəziyyətdə sərnişin sıxlığı səbəbilə platformaların ifrat həddə yüklənməsinə yol verməmək məqsədilə zəruri tədbirlər görülür.
"Unikal" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin məlumatında deyilir.
Qeyd olunub ki, hazırda "28 May" və " Elmlər Akademiyası" stansiyalarında tənzimlənmə və təhlükəsizlik tələblərinin təmin olunması üçün girişlərdə nəzarət-buraxılış tədbirləri gücləndirilib. Texniki nasazlıq müəyyən edilmiş qatar xətdən çıxarılıb. Əvəzinə xəttə qatar verilib.
***18:27
Bakı metrosunda qatarların birində nasazlıq yaranıb.
"Unikal" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
"Yaşıl xətt üzrə Əhmədli-Dərnəgül marşrutu üzrə hərəkət edən qatar 28 May stansiyasında olarkən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib. Bu səbəbdən 28 May stansiyasında sərnişinlər düşürülüb. Hazırda qatar xəttə ikən ona baxış keçiriləcək", - deyə məlumatda qeyd edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 04 Dekabr 2024 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















