Metroda qatarların hərəkətində ləngimələr oldu
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı metrosunda qatarların hərəkətində ləngimələr olub.
Axar.az xəbər verir ki, bu gün səhər saatlarında metronun “Memar Əcəmi” stansiyasında sərnişinlər qatarın gəlməsini bir neçə dəqiqə gözləməli olublar. Nəticədə qatarların qarşısında ciddi sıxlıq müşahidə olunub.
Qeyd edək ki, ötən gün metroda texniki nasazlıq baş vermiş, metronun bütün stansiyalarına giriş məhdudlaşdırılmışdı.
Bundan sonra metropoliten açıqlama verərək, aprelin 22-də günün əsas sərnişin axını saatlarında "28 May-Əhmədli" sahəsində qatarlararası intervalın 2,5 dəqiqə təşkil edəcəyini, "Bakmil" istiqamətində isə şənbə günü qrafikindən istifadə olunacağını bildirmişdi.
Baxış sayı:49
Bu xəbər 22 Aprel 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















