Metroda səs küy salan şəxslə bağlı araşdırma aparılır
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən gün metronun Koroğlu stansiyasında insident baş verib.
Sözügedən hadisə ilə bağlı videolar sosial şəbəkələrdə yayılıb.
Görüntülərlə bağlı DİN-ə sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərov bildirib ki, oktyabrın 21-də axşam saatlarında Bakı Metropoliteninin "Koroğlu" stansiyasında sağlamlıq problemi yaşayan xanım sərnişinə polis əməkdaşları tərəfindən köməklik göstərildiyi halda, bir nəfər şəxs aqressiv davranış nümayiş etdirərək diqqəti üzərinə yönəltməklə ictimai qaydanı pozub.
Ona dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, həmin şəxs ətrafda olan şəxslərlə mübahisə edərək səs-küy salıb və ərazidən uzaqlaşdırılıb. Keçirilən tədbirlərlə ictimai qaydanı kobud şəkildə pozan Elçin Nureliyev saxlanılıb.
Tibbi müayinələrlə onun sərxoş vəziyyətdə olduğu müəyyən edilib. Hazırda polis idarəsində onunla bağlı qanunvericiliyə uyğun hüquqi məsuliyyət tədbirləri görülür.(Milli.az)
Baxış sayı:79
Bu xəbər 22 Oktyabr 2025 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















