Metroda sıxlıq müşahidə olunur Qatarlar tunellərdə dayanıb
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Səhər saatlarından etibarən Bakı metrosunda problem yaranıb.
"AzPolitika" xəbər verir ki, hazırda bütün stansiyalarda sərnişin sıxlığı müşahidə edilir.
“Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “İnşaatçılar” və “28 May” tunelində dayanıb.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən “Qafqazinfo” bildirilib ki, sərnişin sıxlığı səbəbi ilə hüdud xəttinin keçilməsi və qapıların tutularaq saxlanması müşahidə olunur: “Nəticədə, qatarlar stansiyalara daha aşağı sürətlə daxil olur və platformalarda normadan artıq dayanır. Beləliklə, arxadan gələn qatarlar da tunellərdə və stansiyalarda dayanmalı olur. Qırmızı və Yaşıl xətlər “28 May” stansiyasında kəsişərək birləşdiyindən, bir neçə stansiyada bunun təsirləri hər iki xətt üzrə ümumi yubanmalara səbəb olub. Sərnişinlərimizdən xahiş edirik ki, yubanmalara yol verməmək üçün platformalarda təhlükəsizlik qaydalarına riayət etsinlər”.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 15 Dekabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















