Icma.az
close
up
RU
Metroda SÜNİ QİYMƏT ARTIMI: “Milyonlarla rüşvət aldığı və…”

Metroda SÜNİ QİYMƏT ARTIMI: “Milyonlarla rüşvət aldığı və…”

Icma.az, Yenicag portalına istinadən məlumat verir.

“Azərbaycanda korrupsiya bəzi orqanlarının bütün pillələrini əhatə edən sistemli bir problemdir. Dövlət subsidiyalarının təyinatına uyğun istifadə edilməməsi isə korrupsiyanın ən bariz nümunələrindən biridir. Subsidiyalar isə kənd təsərrüfatından tutmuş digər sahələrə qədər, məqsədəuyğun istiqamətlərdə xərclənmir. Əksinə, bəzi məmurlar bu vəsaitləri şəxsi maraqları üçün istifadə edirlər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

ADP lideri Hesablama Palatasının “Bakı Metropoliteni” QSC-də apardığı audit nəticəsində sərnişindaşımanın maya dəyərinin süni şəkildə artırılması ilə bağlı yaydığı informasiyaları şərh edib.
Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, sərnişindaşıma fəaliyyəti üzrə subsidiyalar düzgün tənzimlənməyib:

“Belə ki, yaranan sərbəst vəsaitlər əsaslandırılmadan muzdlu işçilərə fərdi mükafat adı ilə ödənilib. Bu ödənişlər gəlirdən çıxılan xərclərə aid edilərək sərnişindaşıma xidmətlərinin maya dəyərinin artmasına səbəb olub”.

Mövzu ilə bağlı fikirlərini bölüşən S. Cəlaloğlu ilə bildirib ki, “Bakı Metropoliteni” QSC-nin sabiq mərhum rəhbəri Tağı Əhmədovdan sonra sözügedən vəzifəyə gələn Zaur Hüseynovun dövründə bu kimi hallar metroda çoxluq təşkil edib:

“Dövlətin ayırdığı subsidiyalar saxta sənədlərlə mənimsənilir. Bu mənimsəmə yalnız bir sahəyə deyil, demək olar ki, bir sıra sektorlara sirayət edib. Bakı metrosunda da korrupsiya faktları geniş yayılıb. Bir çox rəhbər şəxsin dövlət vəsaitlərini şəxsi maraqlarına yönəltdiyi məlumdur. Bundan əvvəl metro rəhbərlərindən birinin milyonlarla rüşvət aldığı və bu psixologiya ilə fəaliyyət göstərdiyi bildirilib. Korrupsiyanın bu cür sistemli xarakter daşıması dövlət qurumlarını şəxsi obyekt kimi idarəetmə mentalitetindən qaynaqlanır”.

S. Cəlaloğluna görə, korrupsiya ilə məşğul olan şəxslərin çox yüngül cəzalarla azadlığa buraxılması, digərlərinə də eyni yolu izləmək üçün stimul verir:

“Bu proses dövlət büdcəsinin talan edilməsi, əhalinin kasıblaşması və xalqla dövlət arasında ziddiyyətlərin dərinləşməsi ilə nəticələnir. Mənə elə gəlir ki, hesablama Palatası, Baş Prokurorluq, maliyyə nəzarəti orqanları və digər qurumlar bu cür korrupsiya halları ilə bağlı vaxtında müdaxilə etsələr, bu kimi qurumlar da öz fəaliyyətinə çəki-düzən verərlər”.

Rafi Müslümov

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 25 Yanvar 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri