Icma.az
close
up
RU
Metrodakı problemin səbəbi nə olub? Araşdırmanın nəticələri AÇIQLANDI KONKRET

Metrodakı problemin səbəbi nə olub? Araşdırmanın nəticələri AÇIQLANDI KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən gün “Bakı Metropoliteni”ndə baş verən nasazlıq bir sıra stansiyalarda sıxlığa səbəb olub.  Bakı metrosunda “yaşıl xətt” – “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 may” stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib və sərnişinlər “28 May” stansiyasında qatardan düşürülüb.

Yaranmış sıxlığın tənzimlənməsi üçün “Bakı Metropoliteni”nin əməkdaşları hərəkətə keçib və bu tənzimlənmə bir saat davam edib.

Axşam saatlarında məlumat verilib ki, Bakı metrosunda qatardakı texniki nasazlıqla bağlı aidiyyəti sahələrin iştirakı, müfəttişliyin rəhbərliyi ilə müvafiq araşdırılması aparılacaq.

KONKRET.az xəbər verir ki, Modern.az araşdırmanın nəticələrini öyrənmək üçün “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədovla danışıb.

O bildirib ki, “Bakı Metropoliteni”ndə baş verən hər bir hadisə araşdırılır. Mətbuat katibi ilkin araşdırmanın nəticələrinin artıq bəlli olduğunun vurğulayıb.

“İlkin araşdırmanın nəticələri artıq bəllidir. Məsələyə iki aspektdən baxılır: baş vermiş nasazlığın özü və işçi personalının bu anda davranışı, atdığı addımlar. “28 May” stansiyasında ən sıx sərnişin axının olduğu vaxtda işçi personalının sərnişənlərin vaqondan düşürülməsi prosesini, eyni zamanda stansiyada sərnişin sıxlığının tənzimlənməsi prosesində verdiyi qərarlar müzakirə edilib. Stansiyada operativ qaydada sərnişin sıxlığı olsa belə, həmin dövrdə ən uzun çəkən proses bu olub. Sərnişinlər düşürülüb və intervalda 8 dəqiqə gecikmə yaranıb. Bu proses qaydasında icra olunub. Sərnişinlərin stansiyaya buraxılması prosesində də operativlik nümayiş olunub. Bunun nəticəsində stansiyada sərnişinlərin xəsarət alması, hər hansı fəsadın baş verməsi olmayıb. Bu səbəbdən tək “28 May” stansiyasında yox, Yaşıl və Qırmızı Xəttin bütün stansiyalarında eyni proseslər olduğundan sərnişin sıxlığı yaşanan stansiyalarda, məsələn “Elmlər Akademiyası”nda operativ qərar verilməsi, işçi personalın iş rejimi yoxlanılıb. Hər şey qaydasında olub. Bu səbəbdən bir daha qeyd edirəm ki, hər hansı sərnişinin xəsarət almayıb”.

Bəxtiyar Məmmədovun sözlərinə görə, burada ikinci ən vacib nüans maşinistin verdiyi qərarla bağlıdır:

“Maşinist idarəetmə pultuna daxil olan siqnal əsasında ən doğru qərarı verib, qısa zamanda nöqsan ehtimalını nəzərə alaraq və “Bakı Metropoliteni”nin normativlərinə uyğun olaraq, sərnişinlərin düşürülməsini zəruri hesab edib və daha sonrakı prosesin 8 dəqiqəyə qədər uzanması sərnişilərin düşürülməsi ilə bağlı olub. Bu gün “Bakı Metropoliteni”nin bütün stansiyalarında ən yaxşı cəhətlərdən biri odur ki, qatarların idarəetmə pultu bəzi nasazlıqlarla bağlı qabaqcadan da məlumat verə bilir. Bu, sistemdə olan avadanlıqların normativlərə hansı dərəcədə uyğun olmasını göstərir. Nöqsanla bağlı maşinistin kabinəsinə daxil olan ötürücü siqnal əsasında ilkin araşdırmanın nəticəsi budur ki, nasazlıq faktı olub, lakin o dərin araşdırılmalıdır. Ən əsası odur ki, sərnişinlərin xəsarət almasına səbəb olacaq nasazlıq olmayıb. İkinci məqam ondan ibarətdir ki, sərnişinlərlə birgə qatar hərəkət edə bilsə belə, “Bakı Metropoliteni”nin normativlərinə uyğun olaraq, sərnişin hər şeydən vacib olduğu üçün onların düşürülməsi doğru qərar olub. Bundan sonrakı araşdırmalarla bağlı zərurət olarsa, ictimaiyyətə məlumat veriləcək. Burada təmirdən sonra fəsad olmayıb, bu, qatarın gündəlik hərəkətində baş vermiş hadisədir. Xüsusi problemli məsələ deyil”.

Mətbuat katibi məsələnin həlli yolundan da danışıb:

“Məsələnin həlli ondan ibarətdir ki, Yaşıl və Qırmızı Xətlərin stansiyaları bir-birindən ayrılmalıdır. Hər bir xətt metro sistemində olan tələblərə uyğun olaraq ayrı fəaliyyət göstərməli, onun özünün ayrı infrastrukturu, deposu olmalıdır. Dünənki hadisə zamanı Yaşıl Xəttin öz deposu olsaydı, hətta xətlər birləşmiş olduğu halda “Dərnəgül” elektrik deposundan xəttə buraxılacaq hər hansı qatar ən azı bir istiqamətdə sərnişin sıxlığını tənzimləməkdə rol oynaya bilərdi. Artıq Bakı şəhərinin “Baş Planı” təsdiq edilib, ona görə də bu sahədə işlər gedir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Dekabr 2024 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri