Icma.az
close
up
RU
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR KONKRET

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı metrosunda həyata keçirilən yeni layihələr tıxacları azaldacaq, sərnişin axınını rahatlaşdıracaq.

KONKRET.az  “Report”a istinadən xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda Bakı Metropoliteni hər iki xətt (“Yaşıl” və “Qırmızı”) üzrə 3 dəqiqə 30 saniyədən az interval təmin edə bilmir:

“Lakin layihələr başa çatdıqdan sonra qatarlararası maksimal interval 2 dəqiqəyə enəcək. Digər istiqamətlərdə isə ehtiyat qatarlar nəzərdə tutulacaq və sərnişin axınının tənzimlənməsi daha səmərəli təşkil ediləcək”.

B.Məmmədov bildirib ki, layihənin əsas üstünlüklərindən biri xətlərin müstəqil fəaliyyət göstərəcək olmasıdır: “Bu halda bir xətdə baş verən nasazlıq və ya digər hadisə artıq digər xətlərin işinə təsir etməyəcək. Məsələn, “Qırmızı xət”də problem yaranarsa, “Yaşıl” və “Bənövşəyi” xətlər normal rejimdə fəaliyyətini davam etdirəcək”.

Onun sözlərinə görə, dövlət proqramına uyğun olaraq qarşıdakı illərdə 10 yeni stansiyanın tikintisi sərnişindaşıma imkanlarını artıracaq, şəhər mərkəzinə yönələn yerüstü nəqliyyatın yükünü azaldacaq, tıxacların qarşısının alınmasına, mobilliyin yüksəldilməsinə və ictimai nəqliyyatın daha səmərəli təşkilinə töhfə verəcək.

Eyni zamanda, “28 May”-“Həzi Aslanov” istiqamətində sərnişin axınlarının qarışmasının qarşısı alınacaq və metropolitenin istismarı daha səmərəli təşkil olunacaq.

B.Məmmədov vurğulayıb ki, hazırda “Həzi Aslanov” istiqamətindən gələn sərnişinlər “28 May” stansiyasında istədikləri marşrut üzrə hərəkət etmək üçün bəzən bir qatarı buraxaraq növbəti qatarı gözləməli olurlar: “Bu isə minmə və düşmə prosesində əlavə sıxlıq yaradır. Lakin layihə başa çatdıqdan sonra sərnişinlər qarşılarına çıxan ilk qatarla rahat şəkildə mənzil başına çata biləcəklər”.

Onun sözlərinə görə, layihənin Bakı Metropoliteni üçün əsas əhəmiyyəti sərnişindaşıma imkanlarının artırılması, hərəkətin təhlükəsizliyinin yüksəldilməsi və istismarın daha səmərəli təşkil edilməsidir: “Şəhər baxımından isə layihə ictimai nəqliyyatın fəaliyyətini yaxşılaşdıracaq, fider zonalarında avtobus və taksi marşrutlarının metro ilə inteqrasiyasını gücləndirəcək, mobilliyi artıracaq və Bakıda sürətlə inkişaf edən mikromobillik həllərinin daha da genişlənməsinə şərait yaradacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Avqust 2026 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri