Metrolarda böyük çamadan qadağandır, əlavə ödəniş tələb olunacaq
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin İstanbul metrosunda çamadanla səyahət edənlər üçün yeni qaydalar açıqlanıb.
Şirkətdən verilən açıqlamada bildirilib ki, 30 kiloqramdan ağır, 120×60×50 santimetrdən böyük ölçülü çamadalara artıq stansiya və vaqonlarda icazə verilməyəcək, həmçinin kampinq tipli çantaların da çamadan hesab edildiyi qeyd olunub.
Sherg.az xəbər verir ki, səyahət edən vətəndaşların yanında ən çox bir böyük ölçülü və bir kabin ölçülü çamadan və ya bir kiçik-orta ölçülü bel çantası daşıya biləcəyi vurğulanıb.
Birdən çox çamadanla səyahət etmək istəyən sərnişinlər isə əlavə bir səyahət haqqı ödəyəcəklər.
Metro İstanbuldan bildirilib: "Çamadanlarınızı oturacaqlara qoymayın və keçidləri bağlamayın. Qapı yanındakı dayanacaq sahələrindən istifadə edə bilərsiniz."


