Metrolarımızda pulsuz wifi niyə yoxdu?
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İllər əvvəl, daha dəqiq, 2011-ci ildə gündəmə gələn, lakin həyata keçməyən bir məsələ də, metroda wifi olub-olmaması məsələsidir.
Bakı Metropolitenində niyə pulsuz wifi yoxdur?
Ümumiyyətlə, bu, ola bilərmi?
Gununsesi.info bu barədə Bakı Metropolitenin mətbuat xidmətinə sual ünvanlayıb.
Bu barədə saytımıza bildirilib:
“Bildiririk ki, hazırda Bakı Metropolitenində sərnişinlər üçün pulsuz internet xidməti mövcud deyil və yaxın müddətdə də nəzərdə tutulmur. Metropolitenin strateji xüsusiyyətləri və sərnişindaşıma nəqliyyatındakı əhəmiyyətli obyekt olması ilə bağlı xüsusi təhlükəsizlik tələbləri mövcuddur. Bu amillər nəzərə alınaraq, hazırki dövrdə wi-fi sisteminin quraşdırılması məqsədəuyğun hesab edilmir. Lakin texnologiyaların inkişafı və digər yeniliklər daim diqqətdə saxlanılır.
Nəzərə almağınız xahiş olunur”.
Orxan
Baxış sayı:73
Bu xəbər 12 Avqust 2025 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















