Icma.az
close
up
RU

Metronun Həzi Aslanov” stansiyasında mərhələli yenidənqurma işlərinə başlanılır

Operativmedia saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu stansiyanın dalanı qatarların bir yoldan digərinə keçirilməsi, gecələməsi, baxış, xidmət, qulluq və kiçik həcmli təmir işləri üçün nəzərdə tutulmuş texniki sahədir.

“Operativ Media” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Hidayət Məmmədov bildirib ki, istismar dövrünün qeyri-əlverişli hidrogeoloji şəraiti stansiyanın yol dalanında tunelin konstruktiv elementlərinə mənfi təsir edib: "Davamlı təsirlər nəticəsində yan və orta divarlarda erroziyanın intensiv xarakter aldığı müşahidə olunub. Blok və örtük panellərində mühafizə qatının betonu qopub, işçi armaturlar korroziyaya uğrayaraq deformasiyaya məruz qalıb və proses davamlı xarakter alıb. Yükdaşıyan konstruksiyaların dayanıqlığının yoxlanılması və gücləndirmə işlərinə zərurət barədə rəyi Fövqəladə Hallar Nazirliyinin tabeliyində Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu verib".

Qeyd olunub ki, stansiyanın inşası 1981-1987-ci illərdə mühəndis-geoloji və hidrogeolojı tədqiqatlara görə aqressiv kimyəvi torpaq qatına malik ərazidə aparılıb. Sonrakı illərdə tikintinin dayandırılması, eləcə də ərazinin hidrogeoloji vəziyyətində kəskinliyin artması yol dalanında mövcud vəziyyətin yaranmasının əsas səbəbidir.
Hərtərəfli araşdırma və təhlillər belə nəticəyə gətirib ki, konstruksiyaların izolyasiya qatı zədələnərək keyfiyyətini itirdiyindən 20 ildən artıq istismar dövrü və qrunt suları stansiyanın yol dalanının konstruktiv elementlərinə təsirsiz ötüşməyib və təmiri qaçılmaz edib.
Stansiya dalanının təmiri ilə əlaqədar keçirilmiş tenderin qalibi “Evrascon"- Avropa-Asiya Tikinti Korporasiyası bütün prosesi 6 mərhələdən ibarət olmaqla təmin edəcək. Sahədə tikinti-bərpa işləri üçün hazırlıq tədbirləri görülüb və təşkilati məsələlər həllini tapıb. Yükdaşıyıcı konstruksiyaların davamlılığını təmin etmək məqsədilə yaxınlıqdakı şaxtanın yerüstü sahəsində dalan tunelinin istinad divarına qədər pandus qazılıb. Pandusun quraşdırılması üçün svaydan istifadə olunub. Bu işlər son mərhələsindədir.
Təmir zamanı mövcud təsərrüfat demontaj ediləcək, dalan qurğusu və konstruksiyalar söküləcək. Müvəqqəti metal çərçivələrdən istifadə olunmaqla örtük tavası gücləndiriləcək. Dalan yollarının divar bloklarında və panellərdə aqressiv qrunt sularının və ağır geoloji şəraitdə erroziyanın təsirləri aradan qaldırılaraq, beton bloklar, divarlar, sərt özül betonu, dalan qurğusu, konstruksiyalar, yolun üstquruluş elementləri layihə əsasında yenidən qurulacaq.
Görüləcək işlər çərçivəsində infrastrukturla bağlı bütün sahələr yenilənəcək. Bu zaman enerji təsərrüfatı, habelə dalan yollarının elektrik təchizatı və avadanlıqlar müasirləşdiriləcək. Rabitə, işarəvermə, videomüşahidə, kommunikasiya, ünvanlı yanğın siqnalizasiya, su, kanalizasiya, havalandırma və digər sistemlər yenidən qurulacaq. 
Yenidənqurma çərçivəsində dalan yolları ən müasir texnologiyalar üzrə yenidən qurulacaq. Layihəyə əsasən, dalan yolları dəmir-beton bloklar üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit özül üzərində quraşdırılacaq. 
Ümumiyyətlə, təmir zamanı ən dayanıqlı materiallardan, müasir dövrün infrastruktura uyğun son texnoloji yeniliklərindən istifadə olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 26 Noyabr 2024 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri