Icma.az
close
up
RU
Metronun müəmmalı “yeraltı hesabatı”

Metronun müəmmalı “yeraltı hesabatı”

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Bakı metrosu niyə hələ də zərərlə işləyir - ekspertlərin rəyi

Metropoliten 2024-cü ili 139.62 milyon manat zərərlə yekunlaşdırıb. QSC-nin hesabatına əsasən, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 81.6% artaraq metronun yığılmış zərəri 3 milyard 109.54 milyon manata çatıb.

Hesabatdan bəlli olur ki, 2024-cü ildə şirkətin cəmi gəlirləri 155.66 milyon manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 22.4% artım deməkdir. Gəlirlərin artımı əsasən sərnişindaşıma xidmətləri və hökumət subsidiyaları hesabına baş verib. Sərnişindaşıma gəlirləri 100.65 milyon manat, hökumət subsidiyaları isə 50 milyon manat təşkil edib.

Əməliyyat xərcləri 294.17 milyon manat səviyyəsinə yüksəlib ki, bu da 2023-cü ilin göstəricisindən 44.8% çoxdur. Xərclərin artımında əsas vəsaitlərin dəyərsizləşməsi, əməkhaqqı, elektrik enerjisi, mal-material və texniki xidmət xərcləri önə çıxır.

Hesabat dövründə metronun aktivləri 418.82 milyon manat, öhdəlikləri isə 33.29 milyon manat olub. Kapital həcmi isə 385.53 milyon manata düşərək əvvəlki ilə nisbətən 1.1% azalıb.  O da bildirilir ki,  “Bakı Metropoliteni” 2016-ci ildə lisenziyaları ləğv edilmiş 2 bankda saxlanılan 3.7 milyon manat vəsaiti hələ ala bilməyib. “Bakı Metropoliteni” lisenziyaları ləğv edilmiş “Texnikabank” ASC (1 milyon 563 min manat) və “Bank Standart”da ( 2 milyon 166 min manat) ümumilikdə 3.7 milyon manat vəsaiti qalıb.

İşçi heyətinə ödənilən məbləğ 86.28 milyon manat, elektrik enerjisi xərcləri 13.93 milyon manat, əsas vəsaitlərin dəyərsizləşməsi üzrə xərclər isə 148.01 milyon manat təşkil edib.

2024-cü ildə davam edən tikinti layihələrinin həcmi də artıb. İlkin dəyəri 731.41 milyon manat olan tamamlanmamış tikintilər arasında “Xətai-Y20" stansiyası, B3 və B4 tunelləri, Dərnəgül və Xocəsəndə yerləşən elektrik depoları, digər infrastruktur obyektləri yer alıb. 

Metropolitenin müəmmalı “yeraltı hesabatı”nda diqqət builki deyil, 2024-cü ilə aid rəqəmlərin elan olunmasıdır. Bu ilin sentyabr ayında da metroda sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik müəyyənləşib. Niyə köhnə hesabat yayıblar, niyə qiymətlər nə qədər artsa da, metreopoliten azdır deyir.

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli “Yeni Müsavat”a bildirib ki, bu ilin hesabatı yekunlaşmayıb və ona görə də diqqət ötən ilin hesabatına yönəlib: “Hesabatlar adətən ilin sonunda hesablanıb elan edilir. Yəqin ki, yanvar ayında bu ilin hesabatı veriləcək. Digər mövzuya gəldikdə isə qeyd edim ki, "Bakı Metropoliteni" kommersiya strukturu deyil, sosial layihədir və hədəfi şəhərdə əhalinin daşınmasını asanlaşdırmaqdır. Metro bağlansa, Bakı şəhərinin yerüstü nəqliyyatı sərnişinlərin daşınmasında çox böyük çətinliklər çəkər. “Bakı Metropoliteni” kommersiya məqsədilə tikilmiş olsaydı, əvvəlcədən mənfəətsiz olduğunu hesablayardılar. 

10-15 il bundan öncə Parisdən Londona yeraltı tunel çəkdilər və sərnişinləri daşıdılar. Hətta sərnişinlə bərabər nəqliyyat vasitələri də daşınır. Bu layihə "Eurotunel" adlanır. Həmin tunelin yaradılması ideyası 1910-cu ildə ortaya atılmışdı. Lakin kommersiya baxımından mənfəətli deyildi deyə 100 il sonra reallaşdı. Layihənin məqsədi pul qazanmaq idi. Bakı metrosunun məqsədi isə pul qazanmaq olmayıb. Lakin “Bakı Metropoliteni” haçansa kommersiya layihəsinə çevrilə bilər. Bu o vaxt ola bilər ki, metro stansiyalarının sayı ölkəmizdə 50-dən çox olsun. Amma hazırda Bakıda stansiyaların sayı hələ heç 30-a çatmır. “Bakı Metropoliteni”nin mənfəətə çıxması üçün stansiyaların sayı iki dəfə çoxalmalıdır. 

Digər bir məqam isə odur ki, “Bakı Metropiteni” 70-80 il əvvəl tikilib və köhnəlmə var, Ona görə də təmirə kifayət qədər pul gedir. Eyni zamanda idarəetmə strukturu da köhnədir. Əgər bu, kommersiya şirkəti olsaydı, daha operativ idarəetmə sistemi yaradılardı və bu xərclər də bir qədər aşağı düşərdi".

Ekspert deyir ki, Bakı metrosunun son illər reklam, parkinq gəlirləri azalıb: ""Bakı Metropoliteni" ətrafında, ona aid ərazilərdə əvvəllər mağazalar, qəzet köşkləri var idi. İndi isə onlar yoxdur. Bu da “Bakı Metropoliteni”nin  gəlirlərinin azalmasına  səbəb olub. Qiyməti 60 qəpik qaldıranda isə hədəf o deyildi ki, metronun xərclərini tamamı ilə qapatsınlar. Sadəcə olaraq, müəyyən xərcləri Bakı Metropolitenin özünün ödəməsi üçün qiymətlər qalxdı.

Bir sözlə, “Bakı Metropoliteni” sosial layihədir, onun kommersiya hədəfləri mövcud deyil, dövlət müəssisəsidir və xərclərin böyük qismini dövlət ödəyir".    

İqtisadçı Xalid Kərimli Bakı metrosunun zərərlə işləməsinin müxtəlif səbəblərini açıqlayıb: “Bu səbəblərdən biri Bakı metrosunda gediş haqlarının ucuz olmasıdır. Çünki metropolitenin özü də açıqlayır ki, əslində gediş xərci daha yüksəkdir, lakin qiymət artımında ehtiyatlı davranır. Çünki "Bakı Metropoliteni" sosial layihədir deyə, dövlət onun gediş haqqının baha olmasına razı deyil. Azərbaycanda dövlət müəssisələrinin xərclərinin yaxşı idarə edilməməsinə dair çoxlu nümunələr mövcuddur. Bunu da Bakı metrosuna aid etmək olar. Ümumilikdə deyə bilərik ki, yığılmış zərər əvvəlki dövrlərdən gəlib, cari dövrün zərəri deyil".   

İqtisadçı alim Zahid Məmmədov Modern.az-a açıqlamasında deyib ki, yaranmış zərərlə bağlı təşkilatın daxilində ciddi təhlillər aparılmalıdır. Gəlir potensialından necə istifadə olunması analiz olunmaldır: “Metropoliten reklam bannerləri və balansında olan ərazilərdə ticarət obyektləri hesabına da gəlir əldə edir. Sıx sənişin daşınması və subsidiya isə əsas vəsaiti formalaşdırır. 

İnzibati idarə heyətinin əməkhaqqına baxılmalıdır. 

Əgər hər hansı bir təşkilat zərərlə fəaliyyət göstərirsə, xidməti maşından istifadə olunmamalıdır. 

Dünya təcrübəsində ictimai nəqliyyat, eləcə də metro üçün müddətli bilet alınır. Bir dəfə ödəniş etməklə sərnişin dəfələrlə nəqliyyatdan istifadə edir. Lakin ili zərərlə başa vurmur. Bizdə isə hər gediş üçün ayrılıqda ödəniş olunur, lakin təşkilat ziyana düşür. Hər giriş üçün nəqliyyata ayrılıqda ödəniş edilməsi heç bir ailənin büdcəsinə uyğun deyil".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Dekabr 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın müharibə aparmaq imkanları tədricən zəifləyir

02 İyul 2026 08:06see502

Gələcəkdə bir damla su uğrunda bir damla qan axıdılacaq NASA a alimindən Şərq ə MÜSAHİBƏ

01 İyul 2026 19:59see325

AAYDA ya məxsus bu idarələr ləğv olundu

02 İyul 2026 15:38see308

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

03 İyul 2026 01:33see264

MOİK ə 280 manat cəza

02 İyul 2026 01:55see262

Həddindən artıq istilərdə nə yeməli, nə içməli ? Düzgün qidalanma

01 İyul 2026 22:45see252

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

03 İyul 2026 14:16see222

Kanada “Avroviziya”ya qoşulub

01 İyul 2026 18:58see222

Azərbaycan Respublikası Prezidentinin 2006 cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

02 İyul 2026 16:18see218

Minatəmizləmə, səhiyyə və kəndlər üçün ayrıca 20 milyon avro...

02 İyul 2026 04:16see200

Yük maşını ilə çaya düşüb boğulan şəxsin meyiti TAPILDI

01 İyul 2026 22:43see182

Stomatoloq dövrü sona çatır: Dişlərimizi robotlar düzəldəcək

01 İyul 2026 22:36see175

Rusiya tam təhlükəsizdir təsəvvürünə artıq heç kim inanmaq istəmir

02 İyul 2026 08:31see174

Xəstəxanalar iynəyarpaqlı ağaclarla niyə əhatələnir?

01 İyul 2026 19:03see171

Çinin bu kanalı nəzarətə götürməsinə imkan vermərik Tramp

02 İyul 2026 01:21see167

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

03 İyul 2026 01:42see165

İlham Namiq Kamalın oğlu məzun oldu

03 İyul 2026 01:20see164

Tramp: Kuba ABŞ a doğru irəliləyir

02 İyul 2026 02:25see164

Trampdan bu ölkələrə PİS XƏBƏR

02 İyul 2026 04:05see163

Azərbaycanın TOP 10 özəl şirkətinin qeyri neft ixracı 2 dəfədən çox artıb SİYAHI

01 İyul 2026 23:08see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri