Icma.az
close
up
RU
Metronun Nizami stansiyasında sərnişinlər üçün TƏHLÜKƏLİ vəziyyət var?

Metronun Nizami stansiyasında sərnişinlər üçün TƏHLÜKƏLİ vəziyyət var?

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər metronun "Nizami" stansiyasının tavanından su damması müşahidə edilir. Sözügedən damcılar qatarların hərəkət xəttinə, platformada qatarı gözləyən sərnişinlərin üzərinə düşür. Şiddətli olmasa da, müəyyən fasilələrlə bu damcıları görmək mümkündür.

Bəs bunun səbəbi nədir və təhlükəli vəziyyət yarana bilərmi?

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanladıq.

Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, metronun "Nizami" stansiyasında təmir gedir:

"Təmir gecə növbəsində qatarların hərəkəti tam dayandırıldıqdan sonra "Nərimanov" elektrik deposundan təsərrüfat qatarı vasitəsilə materiallar, avadanlıq, işçi qüvvələri gətirməklə icra olunur. Hər gecə görülən işin sərnişin təhlükəsizliyi baxımından bütün planlaması aparılır. Bu səbəbdən də hər hansısa problem olmayıb.

Orada iş getdiyindən və stansiya ağır hidrogeoloji şəraitdə yerləşdiyindən bu cür dammalar mümkündür. Ancaq axıntılar daim nəzarət altında saxlanılır, yönləndirilir. Təmir müddətində bu dammaların olması mümkündür. Adətən, 3-10 dəqiqə intervalında dammalar müşahidə edilir. Təmirin müəyyən bir dönəmindən sonra bu cür kiçik axıntıların da qarşısı tam alınacaq. Quraşdırılacaq tavan örtüyünün zədələnməməsi, uzunömürlü olması üçün xüsusi tədbirlər görülür".

O əlavə edib ki, stansiya ağır hidrogeoloji şəraitdə yerləşdiyindən korroziyanın qarşısının alınması üçün boya maddələrindən istifadə olunur: "Korroziyanın və axıntıların qarşısının alınması bir-biri ilə paralel şəkildə aparılır. Axıntıların qarşısı isə xüsusi sement məhlulları vasitəsilə alınır. Lakin tam mümkün olmur, başqa yerdən dammalar görülə bilər.

Qeyd edim ki, həm bu axıntılar, həm də onların tərkibi sərnişinlər üçün təhlükəli deyil".

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Dekabr 2024 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see196

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see141

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see128

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see128

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see122

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri