Icma.az
close
up
RU
Metropolitenin bağlanmış banklardakı pulu geri qaytarılmayıb

Metropolitenin bağlanmış banklardakı pulu geri qaytarılmayıb

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bakı Metropoliteni" QSC-nin 2016-cı ildə fəaliyyətini dayandırmış iki bankda yerləşdirilmiş 3.7 milyon manata yaxın vəsaiti indiyədək geri qaytarılmayıb.

Oxu.Az QSC-nin açıqladığı sonuncu hesabata istinadən xəbər verir ki, sözügedən məbləğ şirkətin cari bank hesablarında nəzərə alınsa da, faktiki olaraq istifadəsiz qalıb. Bildirilib ki, vəsaitlərin geri alınması məqsədilə aidiyyəti qurumlara müraciətlər edilsə də, maliyyə hesabatlarının təsdiqləndiyi tarixədək nəticə əldə olunmayıb. Bu səbəbdən həmin məbləğ üzrə gözlənilən zərərlər tanınaraq ehtiyat ayrılıb.

"Bakı Metropoliteni"nin vəsaitlərinin 1 milyon 563 min manatı "Texnikabank" ASC-də, 2 milyon 166 min manatı isə "Bank Standard"da qalıb. Ümumi məbləğ 3 milyon 709 min manat təşkil edir.

Şirkətin 2024-cü ilin sonuna dair maliyyə hesabatında qeyd olunur ki, zərər ehtiyatı çıxıldıqdan sonra pul vəsaitləri və onların ekvivalentləri 9 milyon 839 min manat səviyyəsində formalaşıb. Bu göstərici 2023-cü ilin (3.891 milyon manat) müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artım deməkdir.

Hesabatda eyni zamanda vurğulanır ki, məhdudiyyət qoyulmuş pul vəsaitləri xarici təchizatçılar qarşısında öhdəliklərin təminatı məqsədilə girov kimi istifadə olunur və onlara çıxış müqavilə şərtləri ilə məhdudlaşdırılıb.

Elmidar Əliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Dekabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see175

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see151

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see140

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see137

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see136

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri