Icma.az
close
up
RU
Məxməri inqilab ın canlı ölüsü

Məxməri inqilab ın canlı ölüsü

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

65 yaşlı Lüdviq Zifçak Çexiyanın Karlova-Studanka şəhərində yaşayır. O, otel biznesi ilə məşğuldur, özünü ideyalı kommunist sayır, keçmiş Çexoslovakiyanı tərifləyir və 36 il əvvəlki "Məxməri inqilab”ı pisləyir. Onun sözlərinə görə, həmin hadisələr insanların yoxsullaşması və "ikinci dərəcəli kapitalizm”in qurulması ilə nəticələnib.

Halbuki, Zifçak 1989-cu ildəki hadisələrin əsas simalarından biri olub. Məhz onun "ölümü” Çexoslovakiyada kommunistlərin hakimiyyəti itirməsi ilə bitib.

Həmin vaxt Lüdviq Zifçak Çexoslovakiya xüsusi xidmət orqanlarının zabiti idi. 

1989-cu ilin 17 noyabrında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən xüsusi əməliyyat təşkil olunur. Ssenariyə görə, Zifçak "tələbə Martin Şmidin ölümü”nü imitasiya edir. Məqsəd etirazları hakim partiyanın konkret üzvlərinə qarşı yönəltmək idi, ancaq hadisələr fərqli məcraya yönəldi və partiyadaxili qarşıdurma "Məxməri inqilab”ın qələbəsi ilə bitdi.

O vaxt Zifçak "Ostrava texniki universitetinin tələbəsi Milan Rujiçka” adı ilə müxalifətçi qrupların daxilinə nüfuz etməli və orada xüsusi xidmət orqanlarının agenti kimi fəaliyyət göstərməliydi. O, buna nail olur, dissidentlər Vatslav Qavel, Petr Ul, Anna Şabatova ilə tanışlıq yaradır. 

Artıq 1989-cu ildə dissidentlər Zifçak-"Rujiçka”nı müxalifət hərəkatının fəalı kimi qəbul edirlər. O, müstəqil tələbə assosiasiyası yaradır və dissident mühitindəki məlumatları xüsusi xidmət orqanlarına ötürür. 17 noyabr nümayişi ərəfəsində Dövlət Təhlükəsizlik Xidməti general Aloiz Lorentsin rəhbərliyi altında xüsusi plan hazırlayır.  Həmin planda mərkəzi rol leytenant Zifçaka tapşırılır.

17 noyabrda Müstəqil tələbə assosiasiyası Praqada nümayiş təşkil edir. Həmin aksiyada Zifçak tələbə lideri Milan Rujiçka adı ilə iştirak edir. Nümayiş polis tərəfindən dağıdılır, bu vaxt Rujiçka zərbə alır, asfalta yıxılır və peşəkarcasına huşunu itiirmiş şəxs rolunu oynayır. Onu xəstəxanaya yola salırlar və öldüyünü elan edirlər.

Elə həmin gecə tələbə yataqxanalarında polislərin Martin Şmid adlı tələbəni öldürdüyünə dair məlumatlar sürətlə yayılır. Petr Ulm məlumatı "Azad Avropa” radiosuna ötürür. Radio saxta məlumatı efirə verir. Dezinformasiya dərhal ifşa olunur, Petr Ul səhvə görə üzr istəyir. Ancaq artıq gec idi. Tələbə Şmidin qətlə yetirilməsi haqda yalan ictimai rəyi qızışdırır və "Məxməri inqilab” qarşısı alınmaz fazaya keçir.

1 il sonra parlamentdə bu haqda ifadə verən Zifçak hadisələrin mahiyyətini açıqlayır. Onun sözlərinə görə, Çexoslovakiya kommunist partiyasının Baş katibi Miloş Yakeşin konservativ kursu partiya  nomenklaturasında və xüsusi xidmət orqanlarında bir çoxlarının xoşuna gəlmirdi. Onlar ölkədə SSRİ-dəki "Yenidənqurma”nın təkrarlanmasını istəyirdilər. Narazıların arasında nüfuzlu liderlərdən Lyubomir Ştrouqal, Ladislav Adamets və general Aloiz Lorents də vardı. Bu qrup etiraz hərəkatından istifadə edərək partiya və dövlətin rəhbər kadrlarını dəyişmək, hakimiyyəti öz əllərinə almağa çalışır.  Elə bu məqsədlə də 17 noyabr nümayişinin maksimum çoxsaylı və qarşıdurma şəraitində baş tutmasına çalışırlar. General Lorents Zifçaka tələbə Martin Şmidin ölümünü imitasiya etmək əmri verir. Bu "ölüm” ssenarinin mərkəzi bəndi olmalıydı.

Tezliklə bəlli olanda ki, tələbə Martin Şmid sağdır, xüsusi xidmət orqanları həqiqətin yayılmasına mane olmağa başlayır. Hətta dissidentlərdən birinin evində təşkil edilən mətbuat konfransı dağıdılır, iştirakçılar isə həbs olunur.

"Martin Şmidin öldürülməsi”nə cavab olaraq bütün ölkədə kütləvi etirazlar başlayır. Təxribat baş tutur, hakimiyyət orqanları iflic vəziyyətinə düşür. Partiya dünənə qədər mövcud olmayan müxalifət qüvvələrinin liderləri ilə danışıq masasına əyləşir.

Sanki plan baş tutur. Noyabrın 24-də Baş katib Miloş Yakeş istefa verir. Onu Qorbaçov kursuna meylli Karel Urbanek əvəzləyir. Partiyanın yeni rəhbərliyi "Paris baharı” kursunu seçir. Ancaq hadisələrin gedişatı ilkin planları pozur. Rəhbərliyin dəyişməsinə çalışanlar sistemin dəyişməsinə səbəb olurlar. Cəmi 1 ay sonra dissident Vatslav Qavel Çexoslovakiyanın prezidenti seçilir. Halbuki, bu hadisələrə qədər Qavel sadəcə dar çərivədə tanınırdı, onun mikroskopik təşkilatının isə populyarlığı yox idi.

Beləliklə, xüsusi xidmət orqanlarının taktiki uğuru strateji məğlubiyyətlə nəticələnir. Ancaq bu uğursuzluğa görə Zifçak məsuliyyət daşımır – o, boynuna düşən tapşırığı yüksək səviyyədə yerinə yetirir.

***

Təxribat nəticəsində Çexoslovakiyada sosialist quruluşu çökür, ölkə bazar iqtisadiyyatına keçir. Əhalini bir çox sosial nailiyyətdən məhrum edən islahatlar başlayır. 

Bir müddət sonra Zifçakı və general Lorentsi "səlahiyyətləri aşmaqda” ittiham edirlər. Məhkəmə onlara cüzi cəza kəsir. Hazırda Zifçak Çexiyada, Lorents isə Slovakiyada yaşayır. 86 yaşlı Lorents kapitalizmə məharətlə uyğunlaşıb – o, zəngin və nüfuzlu iş adamıdır...

Məmməd Süleymanov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 İyul 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1094

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see248

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see200

Ramanada qayınata gəlini qətlə yetirib

01 İyun 2026 18:39see188

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see184

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see175

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see172

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see170

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see169

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see168

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see167

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see166

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see165

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see165

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see164

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see161

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see160

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see157

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see154

Polşa Prezidenti: “Arzularımı çatdırmaqdan şərəf duyuram!”

01 İyun 2026 20:15see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri