Icma.az
close
up
RU
Meydan sizindi, Ayxan Abbasov!

Meydan sizindi, Ayxan Abbasov!

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2023/24 mövsümündə gördüyüm, tanıdığım Ayxan Abbasovla indiki arasında yerdən göyə qədər fərq var.

İndi mütəxəssis çox dəyişib. Təbii ki, söhbət çöhrəsində artan qırışlardan yox, məhz fəaliyyətiylə bağlı irəliləyişdən gedir. Ötən “futbol ili”ndə onun haqda xeyli neqativ düşüncəm var idi ki, bunları “Ayxan Abbasov özünü unutdurmasın” və “Ayxan Abbasovu “şişirtməyin” sərlövhəli yazılarımda diqqətinizə çatdırmışdım. Həmin yazıları yenidən oxudum. Özündən müştəbehlik kimi çıxmasın, mən də o gündən bəri müəyyən mövzularda inkişaf etdiyimi düşünürəm. Hadisələrin təhlili, düzgün baxış bucağı, fikrin daha zəngin ifadələrlə çatdırılması və başqa belə məsələlərdə məsafə qət etmişəm. Lakin Ayxan Abbasov bu gün də həmin cür olsa, yenə haqqında eyni sözləri yazardım. Çünki həmin vaxt “Turan Tovuz”u çalışdıran mütəxəssis qənaətbəxş nəticələr qazanmadığı halda özündən başqa hamını günahlandırır, onu tənqid edənləri qınaq obyektinə çevirir, hətta narazı tovuzlu azarkeşlər haqda da xoşagəlməz ifadələr işlədirdi...
Hər halda, indi hər şey geridə qalıb. O, “Şamaxı”dadı və böyük maliyyə dəstəyi olmayan bölgə təmsilçisinin premyer-liqada qalmasını böyük ölçüdə təmin edib. Komanda sabit nəticələr qazanmaqda çətinlik çəksə də, vacib oyunlarda qızıl dəyərində xalları əldən verməyib. Ayxan Abbasovun yetirmələrinin vacib özəlliklərindən biri də rəqiblər arasında ayrı-seçkilik etməməsidi. Daha doğrusu, “şirlər” meydana güclü və ya zəif rəqib anlayışıyla yox, istənilən komandaya başağrısı olmaq hədəfiylə çıxır. Belədə həm matçın maraqlı keçməsindən zövq alırsan, həm də belə baxımlı oyun göstərən komandadın hansısa bölgəni təmsil etməsindən. Qısası, sadaladığım və uzunçuluq olmasın deyə qeyd etmədiyim məqamlar Ayxan Abbasov haqda fikrimi dəyişib. İş orasındadı ki, məqsədim mədhiyyə yazmaq deyil, hələ hər şeyin qabaqda olduğunu xatırlatmaqdı.
Bilindiyi kimi, Ayxan bəy U-21-in yeni baş məşqçisidi. AFFA ölkənin ikinci yığmasını gənc mütəxəssisin sərəncamına verdi. Artıq yeni çalışdırıcı heyəti də açıqlayıb, futbolçular dünəndən etibarən məşqlərə başlayıb. Komanda bu gün Antalyaa yollanacaq, yəni xoş gələcəyə doğru ilk addımlarını atacaq. Ayxan Abbasov çox çətin vəzifənin öhdəsindən gəlməlidi. Təbii ki, ilk iş Moldova və Şimali Makedoniya ilə yoxlama matçlarında qənaətbəxş nəticələr qazanmaqdı. Sonra gözümüzü Avropa çempionatının seçmə mərhələsinə dikəcəyik. B qrupunda yer alan yığmamızın Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq ilə mübarizə aparacağından xəbərdarıq. Ayxan Abbasovun əsas işi də məhz burdan başlayır. Daha doğrusu, sentyabrın 5-də Portuqaliyanın qonağı olacağımız matçdan. Əlbəttə, gənclər o vaxta qədər daha bir neçə yoxlama oyunu keçirməli, mütəxəssisin formalaşdırdığı komanda azı uyğunlaşma prosesini uğurla geridə qoymalıdı. Hələ onu demirik ki, böyük ehtimalla, avqustda Misli premyer-liqasının 2025/26 mövsümü başlayacaq və Ayxan Abbasovla müqavilənin müddətini daha bir il artıran “Şamaxı” özünü çempionatı tərk etməmək uğrunda gedən gərgin mübarizənin içində tapacaq.
Bəli, düşünmək olar ki, indi martdı. Hələ fikrimiz təbiətin yenidən canlanmağa başlamasında – güllərin çiçək açmasında, quşların nəğmələrində, havaların xoş keçməyə başlamasındadı. Hələ avqust və ya sentyabrda baş verəcək hadisələr üçün qayğılanmağın vaxtı deyil. Amma futbolumuzun bugünkü durumu nəinki 5-6 ay, 5-6 il sonrasını belə planlamağın vacibliyindən xəbər verir. Əlbəttə, bizim üçün yığmanın “sükanı arxasında” yerli mütəxəssisin olması xoşdu, amma onun özünü doğrultması ikiqat bayram olar və bu amal uğrunda döyüşə nə qədər tez start verilsə, o qədər yaxşıdı.
Abbasov hələ mövsümün əvvəlində yerli məşqçilərə etimad göstərilməməsindən, lazımi dəstəyin verilməməsindən gileylənir, gah “Turan Tovuz”un “bostanına daş atır”, gah da özünün potensialını sərgiləmək üçün meydana ehtiyacı olduğu yönündə mesaj verirdi. Bu sözlərə qədər ona “Şamaxı” qucaq açmışdısa, indi AFFA çox böyük etimad göstərdi. Ayxan bəy Arif Əsədov, Elmar Baxşıyev və Azər Bağırov kimi namizədlərin də olduğu siyahıdan seçildi. Təbii ki, burda onun son aylarda həm mütəxəssis, həm də insan kimi nümayiş etdirdiyi xarakterin də rolu oldu. Ancaq indi məhz gələcəyə köklənmək zamanıdı. Buyurun, meydan sizindi, Ayxan Abbasov!
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Mart 2025 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri