Meydan TV nin əməkdaşları hakim qarşısına çıxarıldılar
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Meydan TV" işi ilə bağlı ittiham olunan şəxslərin məhkəməsi keçirilir.
Məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə məhkəmə istintaqının başlayacağı gözlənilir.
Qeyd edək ki, 2024-cü ilin dekabr ayında "Meydan" TV işi üzrə Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova, bu ilin fevral ayında isə "Arqument.az" saytının baş redaktoru Şəmşad Ağa, daha sonra Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) da sözügedən cinayət işi üzrə həbs olunublar.
Həmçinin 2025-ci ilin mart ayında Ülviyyə Əli (Quliyeva), avqust ayında isə fotomüxbir Əhməd Muxtar da "Meydan tv" işi ilə bağlı həbs edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb(report).
Baxış sayı:89
Bu xəbər 12 Dekabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















