Icma.az
close
up
RU
Meydan TVnin əməkdaşları bu səbəbdən SAXLANILIB TƏFƏRRÜATLAR

Meydan TVnin əməkdaşları bu səbəbdən SAXLANILIB TƏFƏRRÜATLAR

Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Meydan TV" adlanan "media qurumu"nun əməkdaşlarının saxlanılması əsaslı şübhələr fonunda həyata keçirilib və bu prosesin jurnalistika fəaliyyəti ilə heç bir bağlılığı yoxdur.

Bu gün beynəlxalq ictimaiyyətə Azərbaycanda "təqibə məruz qalan" jurnalistlər kimi təqdim olunan şəxslərin ABŞ və Qərb tərəfindən ən çox nüfuz edilmiş media orqanlarından biri olan "Meydan TV"-nin qanunsuz maliyyələşdirilməsi prosesində iştirak etmələrinə dair təkzibedilməz sübutlarla müşayiət olunan şübhələr mövcuddur. Azərbaycanda cinayət prosesi isə qanun və məhkəmə qarşısında hüquq bərabərliyi ətrafında həyata keçirilir və kiminsə jurnalist olması, yaxud müxalif mövqeyi, əqidəsi, siyasi və digər ictimai birliklərə mənsubiyyəti həmin şəxsi məsuliyyətdən azad edə bilməz.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

“Aparılan araşdırmalar artıq qanunsuz maliyyələşdirmə mexanizminin formatını müəyyən etməyə imkan verib. Xüsusən "Abzas Media"da qanunsuz maliyyələşdirmə prosesinin ifşa edilməsi və müvafiq həbslərdən sonra "Meydan TV" nağd pul yolu ilə ödəmə metoduna keçmiş və "jurnalistika fəaliyyəti" ilə məşğul olmalı olan əməkdaşlarını bu prosesə cəlb etmişdir. Məhz bu çərçivədə gömrük orqanlarının diqqətini cəlb etməmək üçün pullar nağd yolla ölkəyə gətirilmiş və bir qayda olaraq anti-Azərbaycan kampaniya məqsədilə konkret tezislərin inkişafı üzrə istifadə olunmuşdur”.

Deputat qeyd edib ki, maliyyələşmənin əsas hədəfi Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda ölkənin beynəlxalq imicinə zərbə vurmaq və bu istiqamətdə anti-Azərbaycan fəaliyyətə dəstək vermək olub. Artıq cinayət təqibi orqanlarında bununla bağlı kifayət qədər məlumatlar mövcuddur və işin tam, hərtərəfli, qərəzsiz olaraq araşdırılması, təqsiri olan hər bir şəxsin ifşa edilərək məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi addımlar atılacaq.

“Ayrı-ayrı dövlət rəsmiləri və beynəlxalq təşkilat nümayəndələrinin bu prosesi siyasiləşdirməsi və guya "Meydan TV" əməkdaşlarının peşə fəaliyyəti ilə bağlı təqiblərə məruz qalması barədə bəyanatlarına gəlincə, əminliklə demək olar ki, həyata keçirilən cinayət təqibi Qərb xüsusi xidmət orqanlarının fiaskosunda ehtiva olunduğu üçün aidiyyəti dairələri belə ciddi narahat etməkdədir. Bu mənada "Meydan TV" ətrafında başlanan "müdafiə kampaniyası" əslində diqqəti məsələnin mahiyyətindən yayındırmağa yönələn və prosesi Azərbaycanın əleyhinə çevirməyə cəhd edən riyakar cəhddir”, - deyə Bəhruz Məhərrəmov vurğulayıb.

Aminə Nəzərova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 10 Dekabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri