“Meydan” və “Qamışlı” KSES lərdə istehsal edilən enerjinin həcmi açıqlanıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 27 may, AZƏRTAC
Fəaliyyətə başladığı dövrdən bu ilin may ayınadək “Meydan” Kiçik Su Elektrik Stansiyasında (KSES) 11,4 milyon kilovat-saat, “Qamışlı” KSES-də isə 26,2 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ümumi gücü 3,4 meqavat olan “Meydan” KSES hər biri 1,7 meqavat gücündə 2 ədəd hidroaqreqatdan, ümumi gücü 6,3 meqavat olan “Qamışlı” KSES isə hər biri 3,15 meqavat gücündə 2 ədəd hidroaqreqatdan ibarətdir.
Kəlbəcər rayonunda inşa edilmiş “Meydan” və “Qamışlı” KSES-ləri 2023-cü il mayın 27-də istismara verilib.
Qeyd edək ki, KSES-lər ekoloji cəhətdən daha təmiz elektrik enerjisi istehsal etdiyi üçün yaşıl enerji mənbəyi hesab olunur və enerjinin istehsalı zamanı atmosferə istixana effekti yaradan qazları atmayan elektrik enerjisi müəssisəsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 27 May 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















