Meydana 1 yox, 3 xal üçün çıxacağıq Zaqatala nın baş məşqçisi
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
1-ci Liqanın iddialılarından olan 7-ci turunda "Zaqatala" "Difai"nin qonağı olacaq. Qonaq komandanın baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb qarşıdakı matçdan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Difai" turnir cədvəlində sonuncudan əvvəlki pillədə mövqe tutsa da, bu, aldadıcı mənzərədir. İlk turlarda çox xal itirsələr də, hazırda durum fərqlidir. Rəqib yaxşı kollektivdir, yaxşı futbolçulardan qurulub. Gənc və təcrübəli oyunçulardan formalaşmış komanda ilə üz-üzə gələcəyik. Onların hücum xəttində olduqca bacarıqlı legioner Kristian Kamta yer alır. Eləcə də "Araz-Naxçıvan"da oynamış Bayraməli Qurbanovun, "Kəpəz"dən tanıdığımız Nemət Musayevin və başqalarının adını çəkmək olar. Kubok dadaxil olmaqla, ardıcıl iki qələbə qazanıblar. Rəqibi təhlil etmişik. Oyuna ciddi hazırlaşırıq. Meydana 1 yox, 3 xal üçün çıxacağıq. Məqsədimiz bütün matçlarda olduğu kimi, bu qarşılaşmada da qələbə qazanmaqdır. Necə olacağını zaman göstərəcək".
Qeyd edək ki, "Difai" - "Zaqatala" qarşılaşması noyabrın 6-da keçiriləcək. Ağsu şəhər stadionunda reallaşacaq qarşılaşmanın start fiti 14:00-da səsləndiriləcək.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 31 Oktyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















