Meydana çıxırıqsa, sona qədər mübarizə aparacağıq Millimizin müdafiəçisi
Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
"Milli komandamızda hər şey qaydasındadır. Böyük istək və həvəslə oyuna hazırlaşmışıq. Təbii ki, qarşıda bizi iki vacib görüş gözləyir. İlk matçımız İslandiyaya qarşıdır. İslandiya son illərdə çox inkişaf etmiş millidir. Heyətində də yaxşı, güclü futbolçular çıxış edir. Təbii ki, meydana çıxırıqsa, sona qədər mübarizə aparacağıq. Ümidvaram ki, hər şey yaxşı alınacaq".
Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının müdafiəçisi Qismət Alıyev deyib. O, 4 gündən sonra millinin Bakıda oynayacaqları Ukrayna yığması barədə də fikirlərini söyləyib:
"Ukrayna son Avropa çempionatında iştirak edib. Onların da yaxşı heyəti var. Həm İslandiya, həm də Ukrayna ilə görüşlərdə ən yaxşısını etməyə çalışacağıq ki, xalqımızı sevindirək".
Mirbağırağa
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 05 Sentyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















