Meydana qələbə üçün çıxmalıyıq, başqa variantımız yoxdur Kəpəz in kapitanı
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Kəpəz"in kapitanı Əli Səmədov klubun mətbuat xidmətinə açıqlama verib.
Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasının 28-ci turunun "Qəbələ" ilə matçı haqda danışıb. Təcrübəli futbolçu meydana qələbə üçün çıxacaqlarını deyib:
"Qarabağ" üzərindəki möhtəşəm qələbədən sonra üç günlük istirahət etdik. Fiziki hazırlığımızı yaxşı duruma gətirməyə çalışdıq. Ağır məşqlərimiz oldu. Hamı məşqlərdə canla-başla iştirak etdi. Düşünürəm ki, hər şey qaydasındadır. "Qəbələ" bizim turnir cədvəlində əsas rəqiblərimizdən biridir. Bu qarşılaşmadan sonra da rəqiblərimizlə ardıcıl oyunlarımız olacaq. Meydana qələbə üçün çıxmalıyıq, başqa variantımız yoxdur. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Turnir cədvəlində daha yuxarı pillələrdə qərarlaşmaq istəyirik. Buna görə də "Qəbələ" ilə matç bizim üçün çox vacibdir. Azarkeşlərimiz hər oyunda bizi dəstəkləyirlər. Oyundan-oyuna azarkeşlərin sayı artır. Hamısına təşəkkürümü bildirirəm. İnanıram ki, "Qəbələ" ilə görüşdə də dəstəklərini əsirgəməyəcəklər. Onların dəstəyi bizim üçün çox vaacibdir".
Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" qarşılaşması 5 aprel tarixində Yevlax şəhər stadionunda keçiriləcək və saat 15:30-da start götürəcək.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 04 Aprel 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















