Icma.az
close
up
RU

Meymunçiçəyi Azərbaycanda: Kimlər təhlükədədir...

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məlum olduğu kimi, bu gün Azərbaycanda 1 nəfərdə meymunçiçəyi xəstəliyinin aşkarlanması ilə bağlı rəsmi məlumat yayılıb.

Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında 22 yaşlı şəxsin bu il 2-11 yanvar tarixlərində xarici ölkəyə turistik səfər etdiyi, oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etdiyi bildirilir. 

Laborator müayinələrdən sonra meymunçiçəyi virusuna yoluxduğu təsdiqlənən şəxs hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır. Məlumatda, həmçinin şəxsin ailə üzvlərində xəstəlik əlamətlərinin olmadığı açıqlanıb. 

Modern.az mövzunun aktuallığını nəzərə alaraq meymunçiçəyi ilə bağlı faktları təqdim edir.

Meymunçiyəyi virusu yeni növ virus deyil. İlk dəfə 1958-ci ildə laboratoriyada sınaq aparmaq üçün nəzərdə tutulmuş meymunlarda aşkar olunub, ona görə də virusa rəsmi olaraq “Monkeypox” virusu adı verilib.

İlkin simptomlara hərarət, baş ağrısı, şişlik, bel və əzələ ağrıları daxildir.

Qızdırma azaldıqdan sonra adətən üzdən başlayaraq bədənin digər hissələrinə, daha çox ovuclara və ayaq altlarına yayılan səpgilər əmələ gələ bilər. Həddindən artıq qaşınma və ya ağrılı ola bilən səpgilər dəyişib müxtəlif mərhələlərdən keçə bilir və nəticədə qabıq əmələ gətirir və tökülür. Bəzən səpgilər dəridə izlər buraxa bilər.

İnfeksiya adətən öz-özünə yox olur və təxminən 14-21 gün çəkir. Ağır hallarda lezyonlar bütün bədənə, xüsusən də ağız, göz və cinsiyyət orqanlarına yayıla bilər. Yoluxmuş şəxslə sıx təmasda olduqdan sonra insandan insana keçir. Buna cinsi əlaqə, dəri təması, yoluxmuş şəxsin yanında danışmaq və ya nəfəs almaq daxildir.

Virus açıq yaralar, tənəffüs yolları və göz, burun və ya ağız vasitəsilə də ötürülə bilər. Xəstəlik həmçinin virusa yoluxmuş yataq dəstləri, paltar və dəsmal kimi əşyalara toxunmaqla da yayıla bilər. Meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlarla sıx təmasda olmaq başqa bir təhlükədir.

2022-ci ildə pandemiya zamanı virus daha çox cinsi əlaqə yolu ilə yayılıb. Konqo Demokratik Respublikasında da mövcud epidemiya həm də cinsi əlaqədən qaynaqlanır.

Əksər hallarda cinsi baxımdan aktiv olan insanlarda və kişilərlə cinsi əlaqədə olan kişilərdə rast gəlinir.

Çoxlu partnyorları və ya yeni cinsi partnyorları olan insanlar da risk altında ola bilər. Lakin həm də simptomları olan biri ilə yaxın təmasda olan hər kəs, o cümlədən tibb işçiləri və ailə üzvləri virusa yoluxa bilər. Virusa yoluxmuş şəxslərlə yaxın təmasdan qaçmaq və virusun olduğu yerlərdə əllərini tez-tez yumaq tövsiyə olunur. Meymunçiçəyi xəstəliyi olan insanlar bədənlərindəki səpgilər yox olana qədər özlərini təcrid etməlidirlər.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) deyir ki, sağaldıqdan sonra 12 həftə ərzində cinsi əlaqə zamanı qoruyucu vasitələrdən istifadə etmək lazımdır. Çiçək xəstəliyində istifadə edilən müalicə üsulları da meymunçiçəyi üçün faydalı ola bilər, lakin onların nə dərəcədə effektiv olduğu hələ kifayət qədər məlum deyil. Epidemiya infeksiyaların qarşısını almaqla idarə oluna bilər. Bu peyvənd vasitəsilə edilə bilər.

Hazırda meymunçiçəyi üçün 3 peyvənd mövcuddur, lakin onlar yalnız risk altında olan və ya yoluxmuş şəxslə yaxın təmasda olanlara vurulur. ÜST geniş yayılmış peyvənd proqramını tövsiyə etmir. Yeni variantlarına qarşı peyvəndlərin nə qədər qorunma təmin etdiyini anlamaq üçün əlavə sınaqlara ehtiyac var.

ÜST bu yaxınlarda əczaçılıq istehsalçılarından peyvəndlərin hələ təsdiq edilməməsinə baxmayaraq, ehtiyac duyulan ölkələrdə təcili istifadə üçün əlçatan olmasını istəyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Yanvar 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müharibənin yenidən güclənmə ehtimalı yüksəkdir AÇIQLAMA

21 İyul 2026 17:42see305

Duginin türk dostu Ankaraya 17 ölkədən nümayəndə yığıb, “4 lü ittifaq” düzəldir?..

20 İyul 2026 22:14see295

Göz yaşları içində sona çatan böyük hekayə

21 İyul 2026 11:03see217

Övladı məktəbə gedəcək valideynlərin NƏZƏRİNƏ

20 İyul 2026 18:48see207

İran XİN: Milli maraqlarımız nəzərə alınarsa, ABŞ ilə danışıqların bərpası mümkündür

21 İyul 2026 00:42see207

“Sabah”ın rəqibi Bakıya uçuş üçün 150 min avroyadək xərc çəkib in İCMALI

21 İyul 2026 13:06see198

I Liqada klubunu dəyişdi

20 İyul 2026 19:42see197

“Sultan Həsən Bahadur” filmi tarixi və süni intellekti bir araya gətirib

20 İyul 2026 20:25see197

Fon der Leyen Ukraynanın yeni Baş naziri ilə danışıqlar apardı

20 İyul 2026 18:55see191

Haluk Levent işi nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib

21 İyul 2026 03:59see191

İlham Əliyev Mixael Harmsla görüşdü

20 İyul 2026 22:45see182

Sevimli şokolad brendlərinin arxasındakı milyarderlər

21 İyul 2026 00:50see174

Azərbaycanda cərimə balları silindi Sonra isə...

20 İyul 2026 23:40see159

FIFA Argentina futbolçularının finaldan sonrakı davranışları ilə bağlı araşdırmaya başlayıb

20 İyul 2026 20:33see159

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22 İyul 2026 00:01see158

ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq Tramp

22 İyul 2026 00:09see157

ABŞ da benzinin orta qiyməti yenidən bahalaşdı

21 İyul 2026 03:50see157

Roma dan Premyer Liqa klubuna 3 cü rəsmi təklif 47 milyon avro + bonuslar

20 İyul 2026 22:57see156

3 yaşlı körpə təkərin altında qalaraq ölüb...

21 İyul 2026 03:19see156

Sabah ın KuPS matçıöncəsi son məşqi FOTOLAR

20 İyul 2026 23:30see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri