Icma.az
close
up
RU
Meyvə ağaclarına avqust sentyabr aylarında necə qulluq edilməlidir?

Meyvə ağaclarına avqust sentyabr aylarında necə qulluq edilməlidir?

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncə, 20 avqust, AZƏRTAC

Avqust-sentyabr ayları meyvə ağaclarının növbəti vegetasiya dövrünə hazırlanması, onların qışa davamlılığının artırılması və gələn ilin məhsuldarlığının təmin edilməsi baxımından mühüm dövr hesab olunur. Mütəxəssislər bu aylarda bağlarda görülən işlərin düzgün və vaxtında aparılmasının ağacların sağlamlığına, məhsulun keyfiyyətinə və növbəti ilin məhsuldarlığına birbaşa təsir etdiyini bildirirlər.

Dövlət Aqrar Universitetinin dosenti Hüseyn İdrisov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, meyvə bağlarında yayın sonu və payızın əvvəllərində əsas diqqət ağacların vegetasiya vəziyyətinin qiymətləndirilməsinə, suvarma və qidalanmanın düzgün təşkilinə, xəstəlik və zərərvericilərə qarşı mübarizəyə yönəldilməlidir.

Onun sözlərinə görə, məhsul yığımından sonra ağacların qulluqdan kənarda saxlanılması düzgün yanaşma deyil. Əksinə, bu dövrdə ağaclar növbəti ilin məhsulu üçün fizioloji hazırlıq mərhələsinə keçir.

“Avqust və sentyabr aylarında meyvə ağaclarında vegetativ inkişaf tədricən zəifləsə də, bitkinin daxilində mühüm fizioloji proseslər davam edir. Bu mərhələdə ağacın kifayət qədər qida maddəsi toplaması və toxumaların yetişməsi onun qışa davamlılığı üçün böyük əhəmiyyət daşıyır. Ona görə də məhsul yığımından sonra bağın aqrotexniki vəziyyəti diqqətlə qiymətləndirilməli və növbəti vegetasiya ili üçün zəruri tədbirlər həyata keçirilməlidir”, – deyə dosent Hüseyn İdrisov qeyd edib.

Həmçinin payız yaxınlaşdıqca bağın sanitar vəziyyətinin yaxşılaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Qurumuş və xəstə budaqların təmizlənməsi, ağac diblərinin və cərgəaralarının alaq otlarından azad edilməsi, tökülmüş yarpaq və meyvə qalıqlarının idarəolunması növbəti vegetasiya dövründə xəstəlik və zərərvericilərin yayılma riskini azaltmağa kömək edir.

Qeyd edək ki, iqlim şəraitinin dəyişməsi, yüksək temperatur və su çatışmazlığı meyvə bağlarında aqrotexniki tədbirlərin daha dəqiq planlaşdırılmasını zəruri edir. Mütəxəssislər fermerlərə qulluq tədbirlərini yalnız təqvimə əsasən deyil, konkret bağın torpaq-iqlim şəraiti, ağacların inkişaf vəziyyəti və sort xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirməyi tövsiyə edirlər.

Beləliklə, avqust-sentyabr aylarında bağlarda aparılan düzgün qulluq işləri ağacların sağlamlığının qorunmasına, qış dövrünə daha yaxşı hazırlaşmasına və növbəti ildə yüksək və keyfiyyətli məhsul əldə edilməsinə mühüm zəmin yaradır.

Müxbir - Elcan Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Avqust 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see444

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see355

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see353

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see323

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see310

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see309

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see309

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see303

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see297

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see293

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see279

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see268

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see264

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see258

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see258

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see250

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see249

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri