Icma.az
close
up
RU
Meyvətərəvəz və göyərtinin düzgün yuyulması

Meyvətərəvəz və göyərtinin düzgün yuyulması

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vitamin və minerallar insanın sağlamlığı üçün olduqca vacib maddələrdir. Bu maddələr orqanizmdə gedən bütün proseslərdə iştirak edir.

Vitamin və mineralların uzun müddət ərzində çatışmazlığı müxtəlif pozulmalara səbəb olur. Qidalanmamızda vitamin və mineralların əsas mənbələrdən biri meyvə-tərəvəz və müxtəlif göyərtilərdir.

Meyvə-tərəvəz və göyərtinin insanın sağlamlığında olan rolu əvəzolunmazdır. Lakin meyvə-tərəvəzlərdən və göyərtilərdən fayda almaq üçün onları düzgün yumaq və təmizləmək çox vacibdir.

Göyərti

Pis yuyulmuş göyərtidən orqanizmə çoxlu miqdarda qurdların yumurtaları düşür. Yumurtalar göyərtilərin yarpaqlarına bərk yapışır və daha sonra orqanizmə düşür. Burada yumurtalardan qurdlar əmələ gəlir. Qurdlar orqanizmin fəaliyyətinə çox mənfi təsir edir - immun sistemini zəiflədir, allergik və s. xəstəliklərə səbəb olur.

Nəzərinizə çatdıraq ki, qurdaların yumurtaları göyərtilərə o dərəcədə bərk yapışır ki, onları su ilə yumaq çox çətindir. Duz və sirkə qurdların yumurtalarını öldürür.

Göyərtinin düzgün yuyulması çoxmərhələli prosesdir. Əvvəl göyərtini təmizləmək və 15-20 ərzində soyuq suda saxlamaq lazımdır (suyu bir neçə dəfə dəyişin). Daha sonra göyərtini axar suyun altında yaxşı yuyub 20 dəqiqə ərzində duz (1 l suya 1 çay qaşığı duz) və ya sirkə (1 l suya 1 xörək qaşığı sikə) əlavə olunmuş suda saxlamaq lazımdır. Sonda göyərtini yenə də axar suyun altında yumaq lazımdır.

Gül kələmi, kahı da bu qayda ilə yuyulmalıdır.

Meyvələr

Xarici ölkələrdən gətirilən meyvələr xüsusi emal olunur ki, gec xarab olsun. Onların üzərinə xüsusi maddə - parafin (mum) çəkilir. Məhz bu səbəbdən xarici meyvələrin üzərində heç bir ləkə və s. olmur, onlar daim parıltılı olur, uzun müddət ərzində təzə qalır.

Belə mum təbii deyil, kimyəvi maddədir. Bu kimyəvi maddə orqanizmdə yığılır və müxtəlif pozulmalara səbəb olur.

Meyvələrin üzərində olan mum hətta su ilə yuduqda getmir, bu səbəbdən belə meyvələrin qabığını təmizləmək lazımdır. Ən yaxşı variant isə - belə meyvələri yeməmək və xüsusilə uşaqlara verməməkdir. Yerli, təbii şəkildə yetişdirilmiş meyvələrə üstünlük verin.

Bütün meyvələri və giləmeyvələri (!) yedikdən əvvəl mütləq 15-20 dəqiqə ərzində soyuq suda saxlamaq, daha sonra isə axar suyun altında yaxşı yumaq lazımdır. Meyvələri yumaq üçün xüsusi fırçalar var. Bu fırçalarla meyvələrin qabığını yüngül sürtmək lazımdır. Bu xüsusilə kivi, şaftalı, ərik kimi "tüklü" meyvələri yuduqda vacibdir.

Nar, banan, qarpız, yemiş kimi meyvələr də mütləq yaxşı yuyulmalıdır. Bu meyvələrin qabığının üzərində çoxlu miqdarda mikroblar yığılır ki, bu mikroblar bıçaqdan, əllərdən insanın orqanizminə düşə bilər.

Tərəvəzlər

Tərəvəzləri də mütləq əvvəl soyuq suda islatmaq (suyu bir neçə dəfə dəyişmək lazımdır), daha sonra isə axar suyun altında yaxşı yumaq lazımdır.

Kartof, çuğundur, kök və s. kimi tərəvəzləri suda isladıqdan sonra fırça ilə yaxşı yumaq, daha sonra isə təmizləmək lazımdır.

Quru meyvələr

Quru meyvələri mütləq əvvəl soyuq suda islatmaq, sonra axar suyun altında yaxşı yumaq, süzgəcə qoyub üzərinə qaynar su tökmək lazımdır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri