Icma.az
close
up
RU
Meyxana aləmində yeni qalmaqal: Mən olanda, Yaşar ortalıqda yox idi

Meyxana aləmində yeni qalmaqal: Mən olanda, Yaşar ortalıqda yox idi

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

"Mən meyxana deyəndə Yaşar ortalıqda yox idi".

Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı-müğənni Samirə Yusifqızı həmkarı Yaşar Qafanlının ittihamlarına cavab verərkən deyib. 

O, meyxana ifaçılarının bəzilərinin səs imkanlarının böyük olduğunu xatırladıb:

"Yaşar toyları, tədbirləri, qalmaqalları ilə gündəmi zəbt edib. Onun fikirlərinə hörmətim var, bilirəm ki, mənim ünvanıma deməyib. Bilir ki, mən istər müğənni, istərsə də meyxanaçı kimi ondan çox-çox illər qabaqdayam. Həm oxuyuram, həm də meyxana deyirəm. 1994-cü ildə rəhmətlik Ağasəlim Çıldağla meyxana demişəm. Onda Yaşar ortalıqda yox idi, bəlkə də balaca uşaq idi. Amma insanda şans yaxşı şeydir. Namiq Qaraçuxurlunun meyxanasına söz ola bilməz, musiqiçi kimi də dəyərlidir, səsi də şirindir. Vasif Əzimovun da həmçinin, səs imkanları böyükdür. Pərviz də şirin meyxana deyir. Burada qəbahət heç nə yoxdur. Daha da bol olsun, amma anlaya bilmirəm ki, o, Balaəliyə niyə mahnı oxumağı yaraşdırmır. Balaəli kimdən əskikdir? Kimin çörəyi haradan çıxırsa, qoy dolansın".

Samirənin fikirincə, musiqiçinin hər hansı həmkarına irad bildirməsi düzgün deyil:

"Hərənin öz yolu var. Mən ona-buna irad tutum, sonra gedib onu dolandırası deyiləm ki. Qoy çörəyini qazansın. Yaşar özü də əvvəllər oxuyub, bəs biz ona niyə demirdik? Yaşar, kiməsə irad bildirmə, hansı tərəfdən yardım edə bilirsənsə, əlini uzat, tuta bilmirsənsə, heç kəsə irad bildirmə".

Qeyd edək ki, meyxanaçı Yaşar Qafanlı həmkarlarını - Namiq Qaraçuxurlu, Orxan Lökbatanlı, Vasif Əzimov, Pərviz Bülbüləni tənqid edib:

"Bəziləri toya oxuyan kimi gəlirlər. Görürlər ki, oxumaqdan pul qazanma bilmirlər, meyxanaya keçirlər. Üz tuturam həmin meyxana deyənlərə, kimə yaraşırsa, onlar oxusunlar. Yerindən duran hərə bir mahnı oxumaqla deyil də... Balaəliyə mahnı oxumağı yaraşdırmıram. O, mənim dostum-qardaşımdır. And olsun ki, xətrini çox istəyirəm. Mənə də 300 manat borcu var, neçə vaxtdır vermir (gülür). Meyxanaçı kimi trenddə qayfiyələri var, amma oxumaq...".

Bahar Rüstəmli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 İyul 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri