Meyxanaçı Mahir Qonşuyev yenə həbs edilib
Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Mahir Ay Brat" kimi tanınan meyxanaçı Mahir Qonşuyev yenidən həbs edilib.
Məlumata görə, Mahir Qonşuyev elektron qolbaq qaydalarını pozduğu üçün onun barəsindəki azadlığın məhdudlaşdırılması cəzası ləğv edilib və azadlıqdan məhrumetmə ilə dəyişdirilib. Hazırda Mahir Qonşuyev tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilib.
Qeyd edək ki, Mahir Qonşuyev 2023-cü ilin iyununda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsi 30 yanvar 2024-cü il hökmünə əsasən, Mahir Qonşuyev barəsində 1 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq daşıma) cəzası təyin edilib. Meyxanaçı məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
Bu mövzuda digər xəbərlər:Tanınmış meyxanaçı “Mahir Ay Brat” yenidən həbs edildi KONKRET
20 İyun 2025 09:32
Mahir ay brat ləqəbli meyxanaçı azadlığa buraxılıb
04 İyul 2025 14:59
Gəncədə meyxanaçı həbs edildi
25 Aprel 2025 11:32
Məşhur meyxanaçı yenidən həbs olundu
20 İyun 2025 09:50
Tanınmış meyxanaçı həbs olunub? Açıqlama
18 Noyabr 2025 22:37
Baxış sayı:96
Bu xəbər 20 İyun 2025 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















