Meyxanaçı Samirə qızını cəzalandırdı: Təxəllüsündən məhrum etdi
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Meyxanaçı-müğənni Samirə Yusifqızı qızı Fərəhi sosial şəbəkədə tənqid olunan video çıxışına görə cəzalandırıb.
O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, Fərəhi "Samirəqızı" təxəllüsündən məhrum edib:
"Qızıma bir kəlmə dedim ki, mənim adımı götür üstündən. Heç vaxt heç yerdə Fərəh Samirəqızı demə. Mənim qızıma cəzam bu oldu, vəssalam".
Samirə Yusifqızı bundan əlavə qızını cəzalandıra bilmədiyini vurğulayıb:
"Mən ona heç nə edə bilmirəm, övadını özü saxlayır. Ona heç bir köməklik edə bilmirəm. Fərəh uşaq deyil, 35 yaşı var. Özü öz ayağının üstündə durur. Bundan sonra onu necə cəzalandırım? 5-10 yaşında deyil ki. 35 yaşında qadını necə cəzalandırmaq olar? Bircə kəlmə dedim ki, mənim adımı üstündən götür".
Qeyd edək ki, ötən gün meyxanaçı Samirənin qızı Fərəhin sosial mediada görüntüləri yayılıb. Onun həmkarı Kəmalə Günəşlinin müdafiə xarakterli çıxışı bütün qadınların qəzəbinə tuş gəlib. Samirə Yusifqızı isə övladının hərəkətinə görə Azərbaycan xalqından üzr istəyib.
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:237
Bu xəbər 19 Fevral 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















