Meyxanaçı Xəyyam Əhmədli vəfat etdi
Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
Uzun müddətdir xəstəlikdən əziyyət çəkən meyxanaçı Xəyyam Əhmədli vəfat edib.
Mia.az xəbər verir ki, o, evində dünyasını dəyişib.
Məlumatı onun sənət yoldaşları saytımıza təsdiq ediblər.
Qeyd edək ki, tanınmış meyxanaçı 1980-ci ildə Bakıda anadan olub. O, 2023-cü ildə insult keçirmişdi və ağır ürək problemi yaranmışdı. Xəyyam Əhmədli Azərbaycan ordusunun zabiti Ramil Səfərova Macarıstanda həbsdə olarkən həsr etdiyi “Hələ oğlun salamatdır” adlı meyxanası ilə məşhurlaşmışdı./Sfera.az

Meyxanaçı Xəyyam Əhmədli vəfat etdi
03 Dekabr 2024 01:23

