Meyxanaçının konsertində xanımından SÜRPRİZ VİDEO
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Meyxanaçı Orxan Lökbatanlınin solo konsertində yaşanan maraqlı anlar tamaşaçıların diqqətindən yayınmayıb.
Milli.Az xəbər verir ki, gecə ərzində sənətçinin ən böyük dəstəkçilərindən biri həyat yoldaşı Kəmalə xanım olub. O, konsert boyu zalda yer alaraq Orxan Lökbatanlının çıxışlarını izləyib və ona mənəvi dəstək göstərib.
Səhnədən tamaşaçılara müraciət edən sənətçi sevgi mövzusunda ifa etdiyi mahnıları həyat yoldaşına həsr etdiyini bildirib. Onun bu sözləri zalda alqışlarla qarşılanıb.
Konsertin ən yaddaqalan məqamlarından biri isə Kəmalə xanımın hazırladığı sürpriz olub. O, həyat yoldaşına böyük gül çələngi təqdim edərək gecəyə rəng qatıb. Bu jest Orxan Lökbatanlını duyğulandırıb və onun üzündə təbəssüm yaradıb.
Sevgi və səmimiyyətlə yadda qalan həmin anlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Konsertdən yayılan görüntülər sosial şəbəkələrdə də müzakirələrə səbəb olub və izləyicilərin rəğbətini qazanıb.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 03 İyun 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















