“Meyxananın “zay”ını çıxaranlardan biri Pərviz Bülbülədir” QALMAQAL/VİDEO
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Meyxanaçı İntiqam Rüstəmov həmkarı Pərviz Bülbülə haqqında qalmaqallı açıqlama verib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Qonaqcanlı”da danışıb.
İntiqam deyib ki, Pərvizlə münasibəti yaxşı olsa da, onun meyxanaya musiqini qoşması ilə razılaşmır:
“Pərviz Bülbüləylə aram yaxşıdır. Lakin meyxananın “zay”ını çıxaranlardan biri o oldu. Musiqili meyxanaya başladı, meyxanaya musiqini qoşdular. Hansı toyda musiqili meyxana istəyirlərsə, deyirlər, Pərviz gətirdi bunu. Musiqili meyxana nədir? Avazla meyxana demək olar. Meyxana üçün Pərvizin avazı gözəldir. Bu, mahnı deyil ki...
Mahnı oxuyan meyxanaçılardan ikisinə – Namiq Qaraçuxurlu ilə Vasif Əzimova qulaq asıram. Onların səsi mənə şirin gəlir. Pərvizlə Orxan Lökbatanlı meyxanadan çəkildi, Allah Rəşadın qapısını açsın, Vüqar Biləcəri də rəhmətə getdi. Peşəkar meyxana deyənlər azaldıqca, meyxana zəifləməyə başlayır”.
Sara, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 27 Fevral 2025 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















