Məzahir Pənahov Qırğızıstanda seçkiləri izləyəcək
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qırğız Respublikasına səfər edib.
MSK-dan “Qafqazinfo”ya verilən məlumata görə, Qırğız Mərkəzi Seçki Komissiyasının sədri Tınçtık Şaynazarovun dəvətinə əsasən reallaşdırılan səfərin başlıca məqsədi noyabrın 30-da bu ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərini beynəlxalq müşahidəçi qismində izləməkdir.
MSK təmsilçilərinin səsvermə gününədək növbədənkənar parlament seçkilərinə ümumi hazırlıq prosesləri ilə tanış olacağı və habelə seçki günü paytaxtdakı məntəqələrdə səsvermə prosedurlarını müşahidəsi nəzərdə tutulur.
MSK nümayəndə heyəti noyabrın 28-də Bişkekdə keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ali seçki qurumlarının Məşvərət Platformasının ikinci iclasında da iştirak edəcək.
Qeyd edək ki, MSK-nın nümayəndələri Qırğız Respublikasında növbədənkənar parlament seçkilərində Türk Dövlətləri Parlament Assambleyası, Türk Dövlətləri Təşkilatı, ATƏT/DTİHB və Müstəqil Dövlətlər Birliyinin beynəlxalq müşahidə missiyalarının tərkibində də təmsil olunurlar.
Baxış sayı:77
Bu xəbər 28 Noyabr 2025 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















