Icma.az
close
up
RU
məzar daşlarını hazırlamaq adı ilə dələduzluq etdi KONKRET

məzar daşlarını hazırlamaq adı ilə dələduzluq etdi KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Pərvin Əsədovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihaa görə, Pərvin Əsədov etibardan sui-istifadə edərək və aldadıcı vədlər verməklə zərərçəkmiş Zəranə Səmədovaya (adı, soyadı şərtidir) məxsus pul və əmlakı ələ keçirib. O, zərərçəkmiş şəxsin etimadını qazanmaq üçün müxtəlif sahələrdə köməklik göstərəcəyini vəd edib. Bu vədlərə Zəranənin anasının məzar daşlarının hazırlanması, Bakı və Xırdalanda yerləşən yaşayış evlərinin onun adına sənədləşdirilməsi, Binəqədi rayonunda Neft şirkətinə məxsus torpaq sahəsinin alınması və həmin ərazidə ev tikilməsi, eləcə də 2022-ci ildə Binəqədi bələdiyyəsində işə düzəldilməsi kimi yalan vədlər daxil olub.

Həmçinin Pərvin Əsədov Dağıstan Dövlət Universitetində təhsil aldığı üçün diplomunun alınmasına yardım edəcəyini bildirərək Zəranəni aldatmağa davam edib. Aldatma yolu ilə o, 2021-ci ilin noyabrından 2022-ci ilin iyul ayınadək müxtəlif tarixlərdə zərərçəkmişdən hissə-hissə olmaqla böyük məbləğdə vəsait alıb.

Qeyd olunur ki, təqsirləndirilən şəxs qadından ümumilikdə 7 000 manat, sonrakı günlərdə 1 000 manat, daha sonra 3 000 manat, mobil tətbiq vasitəsilə kart hesabına 1 070 manat, yenidən 3 000 manat və həmin dövrün məzənnəsi ilə 1 360 manat dəyərində 800 ABŞ dolları əldə edib.

Bundan əlavə, o, 2022-ci ilin əvvəlində 600 manat dəyərində qızıl sep, dayısına hədiyyə adı ilə 1 000 manat, anasının əməliyyatı üçün 3 500 manat, eləcə də həmin ilin fevral–iyul aylarında qadının evində hissə-hissə olmaqla 8 000 manat, 3 000 manat və 1 276 manat dəyərində 700 avro məbləğində vəsaiti də dələduzluq yolu ilə əldə edib.

Müəyyən edilib ki, təqsirləndirilən şəxs bütün bu hərəkətləri vahid niyyətlə həyata keçirərək ümumilikdə 33 806 manat məbləğində zərər vurub.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Pərvin Əsədov 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Noyabr 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri