Məzuniyyətdən qayıdanda gördük ki, kabel televiziyası kəsilib KATV dən şikayət
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
"İstirahətə getdik, gələndə gördük ki, KATV kabel televiziyası xəbərdarlıq edilmədən kəsilib".
Redaktor.az xəbər verir ki, bu fikirləri saytımıza KATV kabel televiziyasında şikayəti olan vətəndaş bildirib.
“Məzuniyyətə çıxdıq və 2 aylıq evdən uzaq qaldıq. Geri dönəndə gördük ki, kabel televiziyası kəsilib. Yalnız bir dəfə zəng olunub, onu da görməmişik. Daha sonra nə mesaj, nə də başqa bir xəbərdarlıq edilib”,- deyə şikayətçi qeyd edib.
Məsələ ilə bağlı KATV şirkəti Redaktor.az-ın sorğusuna cavab olaraq bildirdi ki, uzun müddət evdən uzaqda qalacaq abunəçilər bu barədə əvvəlcədən şirkətə məlumat verməlidirlər:
“Əgər vətəndaş xəbərdarlıq edərsə, abunəlik dondurulur və borc yazılmır. Xəbərdarlıq edilmədiyi halda isə aylıq ödənişlər toplanır və müəyyən məbləğ yığıldıqdan sonra xidmət avtomatik kəsilir. Heç bir şirkət müştərisini çətin vəziyyətdə qoymaq istəməz. Biz də abunəçilərimizin rahatlığı üçün şərtləri mümkün qədər yumşaq saxlayırıq”.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 09 Sentyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















