MHP lideri: Türkiyə ilə İranı üz üzə gətirmək istəyənlər var
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyəni İranla üz-qüzə gətirmək istəyənlər var.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri MHP Sədri Dövlət Baxçalı iftar məclisində etdiyi çıxışda deyib.
Onun sözlərinə görə, Türkiyənin İrana qarşı çıxması, İranla Körfəz ölkələri arasında münaqişənin dərinləşdirlməsi və beləliklə, müharibənin gedişatını dəyişdirmək planı var: "Bu aranlıq planların hazırlandığı heç kimə sirr deyil. Lakin hər kəs bilsin ki, biz belə oyuna və təhdidə heç vaxt eyvallah deyməyəcəyik. Türkiyə kəşfiyyat oyunlarına düşəcək dövlət deyil. Biz sionist imperialist mənşəli dərin çuxura düşəcək oyun və tələyə düşəcək yeniyetmə ölkə heç deyilik. Biz hər ssenariyə təbii ki, hazırıq və hazır olmalıyıq. Türkiyə hazırlanmış əxlaqsız planları dəqiq oxumalı və boşa çıxarmalıdır. Aydın görülür ki, ABŞ və İsrailin evdəki hesabları İranda tutmayıb..."
Firudin Səfərli
MİA.AZ
Baxış sayı:97
Bu xəbər 13 Mart 2026 01:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















