Icma.az
close
up
RU
MI6 ya tarixində ilk dəfə qadın rəhbər təyin oluna bilər

MI6 ya tarixində ilk dəfə qadın rəhbər təyin oluna bilər

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Böyük Britaniyanın xarici kəşfiyyat xidməti olan "MI6" tarixində ilk dəfə olaraq qadın rəhbərlə idarə oluna bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.

Hazırkı rəhbər Riçard Mur bu payız qurumun rəhbəri vəzifəsindən gedir. O, beş il ərzində bu postda çalışıb. Nəşrin məlumatına görə, yeni rəhbərin seçilməsi üçün artıq müsahibələr keçirilib və qısa siyahıya üç qadın daxil edilib, onlardan ikisi hazırda "MI6"da işləyir.

Əsas namizədlərdən biri kimi hazırda BMT-də Böyük Britaniyanın daimi nümayəndəsi olan Barbara Vudvord göstərilir.

Vudvordun Çindəki işi də daxil olmaqla, zəngin diplomatik təcrübəsi var. Bu, Pekinlə qarşıdurma fonunda onu xüsusilə dəyərli fiqura çevirir. Lakin onun mümkün təyinatı artıq mübahisələrə səbəb olub: tənqidçilər onun kəşfiyyat təcrübəsinin olmamasını və Çinə qarşı yumşaq mövqeyini qeyd edirlər.

Tərəfdarları isə hesab edir ki, onun diplomatik təcrübəsi və beynəlxalq arenanı tanıması, xüsusilə qlobal çağırışlar və artan kəşfiyyat rəqabəti şəraitində üstünlük ola bilər.

1909-cu ildə təsis olunduğu gündən etibarən "MI6"ya yalnız kişilər rəhbərlik edib – ümumilikdə 17 nəfər. Barbara Vudvord və ya başqa bir qadının təyin olunması Böyük Britaniya kəşfiyyat tarixində indiyə qədərki dövrdə görünməmiş addım olacaq.

Müqayisə üçün qeyd edək ki, əks-kəşfiyyat xidməti olan "MI5" tarixində rəhbər vəzifələrdə yalnız iki qadın çalışıb.

Xatırladaq ki, "MI6", yəni Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidməti ölkə xaricində məlumatların toplanması və təhlili ilə məşğuldur. Xidmətin əsas vəzifələrinə milli maraqların qorunması, beynəlxalq terrorizm, casusluq və transmilli cinayətkarlıqla mübarizə daxildir. "MI6" ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Milli Təhlükəsizlik Agentliyi (NSA) və digər tərəfdaş kəşfiyyat orqanları ilə fəal əməkdaşlıq edir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 May 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri