Icma.az
close
up
RU
Microsoft 8200 ci bölmənin Azure bulud xidmətlərinə girişini bağlayacaq

Microsoft 8200 ci bölmənin Azure bulud xidmətlərinə girişini bağlayacaq

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Microsoft" şirkəti, İsrail Müdafiə Ordusunun 8200-cü kəşfiyyat bölməsinin "Azure" bulud xidmətlərinə girişini bloklayacaq və hərbi əməkdaşlığının xarici yoxlamasını keçirəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat vrrib.

Bu qərar, 8200-cü bölmənin "Microsoft"un bulud xidmətlərindən istifadə edərək, Yəhudi və Samariya ilə Fələstinli Ərəb sakinlərinin telefon danışığlarının milyonlarını saxladığı, işlədiyi və təhlil etdiyi barədə aparılan araşdırmanın nəticəsi olaraq qəbul edilib.

Hesabata görə, 2022-ci ildən etibarən, 8200-cü bölmə "Microsoft"un buluduna Fələstinli Ərəb sakinlərinin telefon zənglərinin geniş məlumat bazalarını yükləyirdi. Bu layihə, bir il əvvəl, bölmənin komandiri ilə "Microsoft"un baş direktoru Satya Nadella arasındakı görüşdə təsdiqlənmişdi.

Sənədlərə əsasən, sistem hər saatda bir milyona qədər zəngi emal edə bilirdi və məlumatlar "Microsoft"un Avropadakı serverlərində saxlanılırdı. Bu məlumatların İsrail Müdafiə Ordusu tərəfindən əməliyyat məqsədləri ilə, o cümlədən həbslər və zərbələr üçün istifadə edildiyi bildirilir.

Hesabatda həmçinin qeyd olunur ki, "Microsoft"un işçiləri və 8200-cü bölmənin mühəndisləri, on milyonlarla səs qeydlərini seçmək və avtomatik olaraq sinifləndirmək qabiliyyətinə malik bir sistemin yaradılması üzərində birgə işləyiblər.

"Microsoft"un prezidenti Brəd Smit, işçilərə göndərdiyi daxili mesajda: "Biz vətəndaşlara qarşı kütləvi izləməyi dəstəkləməyəcəyik", - deyə bildirib.

Şirkət bu məsələyə dair xarici araşdırma başladığını və 8200-cü bölmənin müəyyən xidmətlərə girişini dayandırdığını açıqlayıb.

Bununla yanaşı, "Microsoft"un İsraildəki və bölgədəki kibertəhlükəsizlik xidmətləri adi qaydada fəaliyyətini davam etdirəcək.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 26 Sentyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri