Microsoft bu ölkədə süni intellektin inkişafına 18 milyard dollar sərmayə qoyacaq
Icma.az, Banco.az saytına istinadən bildirir.
Müəllif:Mehin Qasımova,Banco.az
Amerikanın "Microsoft" korporasiyası növbəti üç il ərzində Avstraliyada süni intellekt infrastrukturunun inkişafına 18 milyard dollar sərmayə qoyacaq.
Microsoft-un baş direktoru Satya Nadellanın verdiyi məlumata görə, bu investisiya şirkətin ölkədəki ən böyük investisiyası olacaq və superkompüterlərin, bulud infrastrukturunun və məlumat mərkəzlərinin tutumunu artırmaq üçün istifadə olunacaq:
"Avstraliyanın süni intellekti real iqtisadi artıma və ictimai faydalara çevirmək üçün böyük imkanları var".
Onun sözlərinə görə, iş yerlərinin itirilməsi təhlükəsinə baxmayaraq, süni intellekt Avstraliyanın durğun iqtisadi məhsuldarlığının öhdəsindən gəlməkdə əsas amil olmaq potensialına malikdir.
"Microsoft" 2028-ci ilə qədər ən azı 3 milyon avstraliyalıya süni intellekt bacarıqları öyrətməyi planlaşdırır.
Baş nazir bildirib ki, Amerika şirkətinin investisiyası Avstraliyanın kibertəhlükəsizliyini gücləndirməyə və yeni iqtisadi və məşğulluq imkanları açmağa kömək edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 23 Aprel 2026 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















