Microsoft iki əməkdaşını işdən çıxardı İsrailə qarşı aksiya keçirdikləri üçün
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
"Microsoft" şirkəti İsrailin Qəzzaya hücumlarında şirkətin texnologiyasından istifadə edildiyi iddialarına etiraz edən iki əməkdaşını işdən azad edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, şirkət açıqlamasında onların qaydaları ciddi şəkildə pozduğunu, şirkətin prezidentinin ofisinə qanunsuz daxil olduqlarını bildirib.
Şirkət rəsmiləri proqram mühəndisləri Riki Fameli və Anna Hattlenin işdən çıxarıldığını təsdiqləyib.
İsrailə qarşı Vaşinqtonda etiraz aksiyası keçirilib.
Şirkətin mövcud və sabiq əməkdaşları, aktivistlər və yerli sakinlər aksiyada iştirak ediblər.
Qeyd edək ki, polis aksiyaya müdaxilə edib və şirkətin ofisində etiraz edən 7 nəfəri saxlayıb.
Gülay

Microsoft İsrailə texnologiya tədarükünə etiraz edən əməkdaşını işdən çıxarıb
23 May 2025 10:44
“Microsoft” çox sayda əməkdaşını işdən çıxaracaq
14 May 2025 09:01
Google yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 21:16
“Microsoft” 9 mindən çox əməkdaşını işdən çıxarır
03 İyul 2025 15:42
Zukerberq 20 əməkdaşını işdən çıxardı SƏBƏB
05 Mart 2025 16:59

