Microsoft milyonlarla kompüterdə Windows 11 in bir versiyasına dəstəyini dayandırır
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Microsoft şirkəti istifadəçilərə Windows 11-in 24H2 Home və Pro buraxılışlarının dəstəyinin başa çatdığını xatırladıb.
Bizim.Media xəbər verir ki, gələn aydan etibarən bu versiyalarda işləyən qurğular artıq yeniləmə almayacaq. Bu dəyişiklik yalnız ev versiyalarına şamil edilir, korporativ və təhsil versiyaları (Enterprise və Education) isə 2027-ci ilin oktyabrına qədər dəstəklənməyə davam edəcək.
Dəstək müddəti bitdikdən sonra kompüterlər işlək vəziyyətdə qalacaq, lakin aylıq təhlükəsizlik və funksional yeniləmələrin gəlməməsi kiberhücumlar qarşısında ciddi risklər yaradacaq.
Şirkət ən son versiya olan Windows 11 25H2-yə (Windows 11 2025 Update) yenilənməyi tövsiyə edir. İstifadəçilər cari versiyanı yoxlamaq və yeniləməni həyata keçirmək üçün "Parametrlər" bölməsindən "Windows Update" (Mərkəzi) səhifəsinə daxil ola bilərlər.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 20 Sentyabr 2026 20:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















